PDF Oxu

Sosial

  • 8

Qeyri-qanuni apteklərin fəaliyyəti dayandırılıb

Qeyri-qanuni apteklərin fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Səs" qəzetinə daxil olan məlumata istinadən, Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi 2010-cu ilin birinci rübü ərzində gördüyü işlər barədə hesabat verib.
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən təkrar reydlər keçirmişdir.
Ümumilikdə, respublika üzrə 304 aptekə baxış keçirilmişdir, bunlardan 133 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 161 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 10 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri tərəfimizdən dayandırılmışdır.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilmişdir.
Həmçinin, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 509 seriya, istifadə müddəti bitmiş 125 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilmişdir (Əlavə 1). Keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, qanunsuz apteklərin və sertifikatsız dərmanların sayı 5 dəfəyə qədər azalmışdır.
Bundan başqa, Azərbaycan Respublikası səhiyyə nazirinin 02.10.2006-cı il tarixli, 153 nömrəli əmri ilə təsdiq edilmiş "Optika mağazasına olan Tələblər"in yerlərdə yerinə yetirilməsinə də nəzarət tədbirləri həyata keçirilmişdir. Aparılan reydlər zamanı 155 aptek təşkilatında fəaliyyət göstərən optika şöbəsinin və ayrıca olaraq 54 optika mağazasının fəaliyyətinə baxış keçirilmişdir.

Digər xəbərlər