PDF Oxu

Sosial

  • 14

Xalqının haqq səsini dünyaya çatdıran lider

Xalqının haqq səsini dünyaya çatdıran lider
Hər il olduğu kimi, bu il də Azərbaycan Beynəlxalq Universitetində xalqımızın ümummilli lideri Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Heydər Əliyev cənablarının müstəqil Azərbaycanın çiçəklənməsi, inkişaf etməsi üçün göstərdiyi misilsiz fəaliyyətindən söhbət açaraq, bildirdi ki, bu gün Azərbaycanın inkişafında, iqtisadiyyatımızın güclənməsində, xalqın rahat və firavan yaşamasında Heydər Əliyev fenomeninin fəaliyyəti danılmazdır. Daha sonra Azərbaycan Beynəlxalq Unversitetinin rektoru akademik, hüquq elmləri doktoru E.Abdullayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin respublikamızda rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqının mənafeyi naminə fəaliyyət göstərmiş, Azərbaycan haqqındakı həqiqətləri siyasi məntiqə əsaslanan fikirləri ilə bütün dünya ictimayyətinə çatdırmış, Azərbaycan xalqının haqq səsini ucaltmışdır. "Heydər Əliyevin mərdliyi, cəsarəti nəticəsində XX əsrin 70-ci illərində elə bir tarixi bünövrə yaradıldı ki, bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin, müasir Azərbaycan tarixinin təməl daşı qoyuldu. O dövrdə xalqına sədaqətlə, vicdanla xidmət edən, hər bir məsələdə Azərbaycan mənafeyini hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev həqiqətən tarixi şəxsiyyət olduğunu təsdiqlədi. Elə buna görə də XX əsrin sonlarında məlum proseslərin yaratdığı gerçəklər, Azərbaycan dövlətinin, xalqının böhran və tənəzzül anlarında xalq öz nicat yolunu Heydər Əliyev şəxsiyyətində tapdı. Heydər Əliyevin rəbərliyi altında Azərbaycan Respublikasının bütün fəaliyyət sahələri inkişaf etmişdir. Məhz Onun gərgin əməyi, siyasi uzaqgörənliyi, yaradıcı və ahəngdar iş şəraiti, demokratik vəziyyət ölkəmizin geniş inkişafına gətirib çıxarmışdır." Konfransda söz regionşünaslıq fakültəsinin dekanı M.Quliyevaya verildi. Öz çıxışında ümummilli lider Heydər Əliyev cənablarının həyat yolu və Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri, eləcə də, Onu dünya liderlərindən fərqləndirən xüsusiyyətləri barədə söhbət açdı. Beynəxalq iqtisadi münasibətlər fakültəsinin dekanı İ.Quliyev davam edərək, müstəqil Azərbaycan Respublikasının banisi, qurucusu, ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan iqtisadiyyatının inkişafındakı misilsiz əməyi danılmaz, inkarolunmazdır. Biz Heydər Əliyev kursunu, siyasətini davam etdirməli, qoruyub saxlamalı, bizə mirası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim yanında olmalı, siyasətini daim dəstəkləməliyik. Tədbirin bədii hissəsini Azərbaycan Beynəlxalq Universiteti rəhbərliyi tərəfindən xüsusi dəvət olunmuş aşıqlar davam etdirdilər. ABU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Digər xəbərlər