PDF Oxu

Sosial

  • 15

Sel sularının qarşısının alınması üçün zəruri addımlar atılır

Sel sularının qarşısının alınması üçün zəruri addımlar atılır
Bu reallığı əks  etdirən faktdır ki, dünyanın hər yerində təbii fəlakətlər baş verə bilər və verir də. Hazırda ABŞ-da Torinado qasırğası, Böyük Britaniyada vulkan püskürməsi, Tacikistan, Yunanıstan, Türkiyə və İslandiyada baş verən kül burulğanı, demək olar ki, həmin ölkələrin həyat fəaliyyətini iflic edib. Yəni, təbii fəlakətlərin baş verməsindən cəmiyyətlər, o cümlədən, ölkələr sığortalanmayıb. Təbii ki, bu cür hallarda dövlətlərin bütün vətəndaşları mövcud problemin aradan qaldırılması üçün dövlətə yaxından köməkliklər göstərirlər.
 Amma acı təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycan müxalifətinin yaramaz ünsürləri Kür və Araz çaylarının daşması ilə əlaqədar olaraq Sabirabad, İmişli, Salyan, Neftçala və Saatlı rayonlarının bir neçə yaşayış məskəninin sel suları altında qalmasından öz çirkin məqsədləri üçün istifadə etməyə səy göstərirlər. Hətta verilən məlumatlara AXCP (i) sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun muzdlu dəstələri bölgədə pozuculuq aktları həyata keçirməyə cəhdlər göstəriblər. AXP-nin keçmiş sədri Pənah Hüseynov isə ənənəvi ampluasından çıxış edərək, insanlara yuyulmamış çömçə olduğunu nümayiş etdirməyə çalışır. Bütün bunların fonunda isə insanların radikal müxalifətin yaramaz fəaliyyət yolu tutmasına kəskin etirazlarını bildirirlər. Çünki əhali dövlətin təbii fəlakətin qarşısının alınması üçün göstərdiyi çoxsaylı işləri görür və bunu da lazımınca qiymətləndirir.      
Sabirabadda daşqının qarşısını almaq üçün bütün imkanlar mövcuddur
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Nadir Quliyevin bizimlə söhbətində verdiyi məlumata görə, rayonun Ulacalı, Mürsəlli, Şıxlar, Bulduq, Qaragünə, Zalqarağac, Moranlı, Əliləmbəyli, Sarxanbəyli, Azadəkənd və digər kəndələrinə, ümumilikdə, 12 kəndə daşqınlar ciddi ziyan vurub. Hətta bəzi kəndlər tamamilə suyun altında qalıb. Aidiyyəti qurumlar fasiləsiz fəaliyyət göstərərək, baş verə biləcək təhlükənin aradan qaldırılmasına çalışırlar. Görülən tədbirlər nəticəsində 6000-ə yaxın ev boşaldılıb və sakinlər digər təhlükəsiz ərazilərə köçürülüb. Onların qida, içməli su, tibb xidməti təchizatı və elektriklə təminatı, digər məsələlər artıq həll olunub. Sakinlər bildiriblər ki, tələbatları olan hər şeylə - qida, çay və digər gündəlik tələbat malları ilə tamamilə təmin olunublar. Onlar dövlətimizin başçısına göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin, çadır şəhərciyində 24 saat ərzində təhlükəsizliyi tam təmin etmək üçün Səhiyyə Nazirliyinin tibb heyəti və Fövqəladə Hallar Nazirliyinin bir helikopteri növbə çəkir. Xəstə, tibbi yardıma ehtiyacı olan insanlar xüsusi nəzarətə götürülüb.
Eyni zamanda, daşqınların fəsadlarının aradan qaldırılması üçün də fasiləsiz fəaliyyət göstərilir. Hadisə yerinə ağır texnika və yük maşınları cəlb olunub. Kürdə suyun səviyyəsinin qalxması nəticəsində uçan 83 metrlik 2 bəndin bərpası istiqamətində işlər davam etdirilir. Artıq Sabirabadla Şirvan şəhəri arasında yerləşən Bayramlı qəsəbəsindəki bənd artıq bərpa olunub.
Saatlı rayonunda vəziyyət tam nəzarət altındadır
Saatlı rayonunda da su basan ərazilərə ağır texnika və işçi qüvvəsi cəlb olunub. Rayonda daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə yaradılmış fövqəladə komissiyanın sədri İlham Quliyevin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Saatlı rayonunun 10-a kəndinə ciddi ziyan dəyib. Rayonun Nərimanov, Novruzlu, Musalı, Dəlilər, Qıraqlı, Mustafabəyli, Əlsoltanlı və digər kəndələrində yerləşən 3345 həyatyanı sahəni su basıb. 6 ev uçub, 78 ev qəza vəziyyətindədir. 10825 hektar əkin və otlaq sahəsi su altında qalıb. O, əlavə edib ki, hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində lazımi tədbirlər həyata keiçrilməkdədir.
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün rayon rəhbərliyinin və bütün aidiyyatı orqanlarının əməkdaşlarının var gücü ilə çalışdığını, bütün qüvvələrin məhz bu işə səfərbər olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Arazboyu sahil məntəqələrində vəziyyət tədricən düzəlir. Son günlər suyun səviyyəsi 10 santimetrə qədər aşağı enib ki, bu da su basan ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün əlverişli imkanlar yaradıb. Hazırda vəziyyət tam nəzarətə götürülüb.
İmişlidə selin qarşısını almaq üçün zəruri olan addımlar atılır
Kür və Araz çaylarında suyun səviyyəsinin artması İmişli rayonu üçün də müəyyən problemlər yaradıb. Rayonun çay qırağında yerləşən kəndlərində subasma təhlükəsi olduğu üçün əhalinin təhlükəsiz yerlərə köçürülməsi təmin edilib. İmişli rayonunun Kür çayı sahilində yerləşən kəndlərində əhalinin nisbətən təhlükəsiz yerlərə köçürülməsi və bundan sonra zəruri olan bütün addımlar atılıb.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, artıq sel təhlükəsi yaran gündən rayonun bütün rəhbər işçilərinin aidiyyatı orqanların hadisə yerindədir. Eyni zamanda, rayonun bütün strukturunda çalışan insanlar və vətəndaşlar Kür və Araz çaylarının sahil boyunca yerləşən kəndlərdə əhalinin köçürülməsi və onlara üçün çadırların qurulmasında aktiv şəkildə iştirak edir. Bununla yanaşı, möhtərəm cənab Prezident İlham Əliyevin birbaşa nəzarətində olan fəlakət və bundan əziyyət çəkən insanlar üçün zəruri olan bütün işlər görülməkdədir. Daşqın altında qalan kəndlərdən əhalinin köçürülməsi onların ərzaq və səhiyyə xidmətləri ilə təmin edilməsi məsələlərində heç bir ləngimə və problemlər mövcud deyil. Artıq Kür və Araz çaylarının İmişi rayonundan keçən hissələrində bənd bərkitmə və daşqınların qarşısının alınması üçün qabaqlayıcı işlər də görülməkdədir.
Müxalifət nümayəndələrinin yaranmış sel daşqınları ilə bağlı səsləndirmiş oluqları cəfəngiyyat dolu fikirlərə gəlincə isə onlar məsləhət görərdik ki, özlərinə əziyyət verib daşqın baş verən ərazilərə baş çəksinlər. Çünki onlar bu ərazilərə gəlsələr dövlətimiz tərəfindən daşqından əziyyət çənən insanlara istənilən formada göstərilən köməklikləri öz gözləri ilə görmüş olacaqlar. Kənardan istənilən bir məsələ barəsində açıqlama vermək müxalifət üçün çox asan olsa da, heç olmasa, reallığı bir dəfə də olsun etiraf etməyə cəhd göstərsinlər. Amma bütün bu deyilənlərə və səslənən yanlış ifadələrə baxmayaraq, dövlətimiz öz vətəndaşının həmişə yanındadır.

Digər xəbərlər