Los-Ancelesdəki Kaliforniya Universitetinin doktorantı Heydər Əliyev adına mükafata layiq görülüb
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirmişlər ki, bu il Heydər Əliyev adına mükafatın ikinci sahibi Los-Ancelesdəki Kaliforniya Universitetinin müqayisəli ədəbiyyat fakültəsinin doktorantı Lea Feldman olmuşdur. L.Feldmana bu mükafat XIX-XX əsrlərdə Avrasiya məkanında ədəbiyyatların qarşılıqlı əlaqəsi və milli özünüdərk sahəsində tədqiqatlarına görə layiq görülmüşdür. Tədqiqatların bir hissəsi Universitetin professoru Altay Göyüşovun mühazirələr oxuduğu Azərbaycan dili və ədəbiyyatı kursları çərçivəsində aparılır. Mayın 10-da baş konsulluqda mükafatın təqdimolunma mərasimi keçirilmişdir. Azərbaycanın və Avrasiya regionunun tədqiqi sahəsində fərqlənən ABŞ tələbələrinin layiq görüldüyü Heydər Əliyev adına illik mükafat ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən Azərbaycanın və Avrasiya regionunun tədqiqi sahəsində fərqlənən ABŞ tələbələrinin layiq görüldüyü Heydər Əliyev adına illik mükafat ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən 2008-ci ildə təsis edilmişdir.