PDF Oxu

Sosial

  • 14

İkinci Belarus milli sərgisinin açılışı olub

İkinci Belarus milli sərgisinin açılışı olub
Dünən Heydər Əliyev adına İdman-Konsert Kompleksində ikinci Belarus milli sərgisinin açılışı olub. SİA- nın məlumatına görə açılış mərasimində Belarus Respublikası Baş nazirinin müavini Andrey Kobyakov və Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak edib. Mərasimdə çıxış edən Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışıb və bu istiqamətdə sərginin rolunu mühümlüyünü vürğulayıb: "Belarus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Əgər digər ölkələrlə əmtəə dövriyyəsinin illik artımı bir neçə faiz təşkil edirsə, 2008-ci illə müqayisədə 2009-cu ildə Belarusla mal dövriyyəsində artım 1,6 dəfə təşkil edib. Bu ildə bu rəqəmlərin artmasına çalışacıq". Azərbaycan və Belarusun dövlət başçıları 2009-cu ilin noyabrında Belarusa səfəri zamanı ən qısa dövrdə əmtəə dövriyyəsini 500 milyon dollara və perspektivdə 1 milyon dollara çatdırmağı qarşıya vəzifə qoyduqlarını xatırladan Belarusun Baş naziri Andrey Kobyakov isə qeyd edib ki, hazırda mövcud olan dövriyyənin 2006-cı ildən dörd dəfə artaraq, 130 milyon dollara çatmasına baxmayaraq qənaətbəxş hesab etmək olmaz: "Onun üçün də biz burdayıq. Milli sərgini Azərbaycana gətirmişik, orada 150-dən artıq Belarus müəssisəsi təmsil olunub. Biz burada qarşılıqlı ticarət üçün Belarus Respublikasının malik olduğu bütün poitensialı göstərməyə çalışmışıq. Ümid edirik, sərginin nəticəsi təkcə əlaqələr və görüşlər deyil, həm də ticarət-iqtisadi əməkdaşlığın konkret nəticələri və müqavilələr olacaq". Açılış bildirən lent kəsildikdən sonra Belarusun Baş nazirinin müavini Andrey Kobyakov, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Belarusun 150-dən çox aparıcı müəssisəsinin məhsulları nümayiş etdirilir. Sərgidə maşınqayırma, elm və texnika, nanotexnologiyalar, kənd təsərrüfatı və digər sahələr təqdim olunub.

Digər xəbərlər