Gəncədə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anılıb
Gəncə Dövlət Dram Teatrında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, təşkil ounan tədbirdə şəhər İcra Hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə alimin həyat və fəaliyyətinə nəzər salınıb, səhiyyə sahəsində xüsusən oftalmologiya elimində əldə etdiyi uğurlardan söhbət açılıb. Tədbirin rəsmi hissəsinin ardından Gəncə Dövlət Filarmoniyasında konsert proqramı düzənlənib.