PDF Oxu

Sosial

  • 9

Elmira Süleymanova: "Dünya ölkələri içərisində Azərbaycan qadınlarının inkişafı, intellektual səviyyəsi daha yüksəkdir"

Elmira Süleymanova: "Dünya ölkələri içərisində Azərbaycan qadınlarının inkişafı, intellektual səviyyəsi daha yüksəkdir"
May ayının 6-7-də Avstriyanın paytaxtı Vyana şəhərində "Gender bərabərliyinin təşviqi və qadınların siyasi-ictimai həyatda iştirakı" mövzusunda ATƏT-in əlavə insan ölçüsü görüşü keçiriləcəkdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da görüşdə iştirak edəcək. E.Süleymanova görüşün əsas məqsədi ilə bağlı "Səs" qəzetinə açıqlama verərək bildirdi ki, qadınların ictimai və siyasi həyatda iştirakının gücləndirilməsi sahəsində tədbirlərin əhəmiyyəti, həmçinin, qadın hüquqlarının təmini və müdafiəsi barədə müzakirələrin aparılmasından ibarətdir: "Qeyd edim ki, tədbirə bir sıra ölkələrin ombudsmanları, insan hüquqları, o cümlədən, qadın hüquqları və gender bərabərliyi sahəsində nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri qatılacaqlar. Görüş zamanı iştirakçılar siyasətdə və qərarvermədə qadınların maraqlarının nəzərə alınması, bu işə beynəlxalq dəstək verilməsi mövzuları üzrə fikir və təcrübə mübadiləsi olunacaq. Tədbirdə geniş məruzə ilə edəcəyim çıxışım zamanı ölkəmizdə qadın hüquqlarına, o cümlədən, gender bərabərliyinə önəm verilməsi, bu sahədə qanunvericiliyin və institutlaşmanın təkmilləşdirilməsi barədə məlumat verəcəyəm. Eyni zamanda, tədbir iştirakçılarına ölkəmizdə dövlət-qadın siyasəti sahəsində strategiyanın uğurla davam etdirilməsi, Azərbaycan qadınlarının inkişafı, intellektual səviyyəsinin yüksək olması, onların qərar qəbuletmədə, ailə, qadın və uşaq hüquqlarının qorunması və həyata keçirilməsində, qadınların seçkili orqanlarda, bələdiyyələrdə rəhbər vəzifələrdə təmsil olunması, respublikamızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı ilə bağlı məlumatları nəzərə çatdıracağam. Eyni zamanda, görüş zamanı tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzünü və terror aktlarını, habelə, Xocalı soyqırımını əks etdirən disklər də təqdim ediləcəkdir".

Digər xəbərlər