PDF Oxu

Sosial

  • 6

Azərbaycan Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə razıdır

Azərbaycan Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə razıdır
Ermənistanın Azərbaycandan fərqli olaraq, yeniləşmiş "Madrid" prinsiplərinə müsbət cavab verməsini nə ilə izah etmək olar? Azərbaycan müxalifəti yeniləşmiş "Madrid" prinsiplərini əsaslı hesab etmir. Sizcə, bununla bağlı olaraq, onların əlində əsaslar varmı? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Fikrimcə, Ermənistan münaqişənin həlli istiqamətində həmişə olduğu kimi, bir o qədər də maraqlı görünmür. Yenilənmiş "Madrid" prinsiplərinə "yox" deməsinin başlıca səbəbi ondan ibarətdir ki, işğalçı ölkə həmişə olduğu kimi, destruktiv mövqe nümayiş etdirir. Hesab edirəm ki, Ermənistanın bu cür mövqe nümayiş etdirməsi bilavasitə xarici qüvvələrin maraqlarına cavab verən bir haldır. Bu gün də işğalçı dövlətin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi hər hansı xarici qüvvələrin təsiri altında ola bilər. Ola bilsin ki, bu gün Rusiya və yaxud digər Qərb ölkələri status-kvota vəziyyətinin hələ də qalmasına maraqlıdırlar. Ən başlıca səbəb bundan ibarətdir. Digər məqam isə ondan ibarətdir ki, Ermənistan tərəfindən belə bir təhlükə səsləndirilir ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəsində qaçqınların öz yurd-yuvalarına qayıtması ordakı ermənilərin təhlükəsizliyinə təhdid yaradacaq. Sözsüz ki, onların sözügedən münaqişənin tənzimlənməsinə meyilli olmamalarından irəli gələn bir mövqedir. Ermənistan tərəfi də çox gözəl bilir ki, əgər münaqişənin ilkin mərhələsində çərçivə razılaşması əldə olunarsa, orada təhlükəsizlik beynəlxalq təminat altında təmin olunacaq. Azərbaycan tərəfi isə bu prinsiplərə hə deyir və münaqişənin tənzimlənməsi istiqamətində real addım atmağa hazır olduğunu göstərir. Müşahidə etsəniz, görərsiniz ki, istənilən kompromis variant gündəmə gətirildikdə belə, Ermənistan tərəfi buna birmanalı olaraq əks-münasibət bildirir. İnsanda belə bir fikir formalaşır ki, ermənilərin maraqlarına cavab verən ən münasib variantlar təklif olunsa belə, bu gün onlar yox deyəcəklər. Sanki ermənilər bu gün status-kvonun saxlanılmasını istəyirlər və buna maraqlıdırlar. Fikrimcə, hələlik, bunların destruktiv mövqelərinin səbəblərini bunda görürəm.
Hesab edirəm ki, bu işlərlə məşğul olan, uzun zaman bu prosesin içində olan və danışıqlarda iştirak edən Azərbaycan hakimiyyətidir və onlar Azərbaycanın milli maraqlarına zidd olan heç bir addım atmayacaqlar. Ona görə də, hesab edirəm ki, kənardan bu kimi səsləndirilən fikirlərin əsası yoxdur. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tənzimlənən zaman Azərbaycanın ərazi bütövlüyü prinsipi, ölkəmizin milli maraqları həmişə nəzərə alınacaq. Birincisi, onu izah etmirlər ki, nəyə görə bunu əsaslı hesab etmirlər. Ümumiyyətlə, müxalifət bu gün ya hər şey, ya heç nə prinsipi ilə yaşayır. Azərbaycan tərəfi münaqişənin mərhələli həll prinsiplərinə uyğun olaraq, tənzimlənməsinə razıdır və bu istiqamətdə fəaliyyət göstərir. Hesab edirəm ki, bu gün ən optimal variant sözügedən danışıqların davam etdirilməsidir. Sözsüz ki, digər vasitələrlə də münaqişənin tənzimlənməsi üçün addımlar atmağa qadirik və bunun üçün potensialımız da var. Amma sözsüz ki, güc vasitələrinə əl atmaq həm regionda, həm də Azərbaycanın özü üçün o qədər də məqbul hesab edilə bilməz. Yəni bunu ən son variant kimi nəzərdə saxlamaq lazımdır. Ona görə də, hesab edirəm ki, müxalifətin bu cür yanaşmalarla çıxış etməsi əsassızdır.

Digər xəbərlər