PDF Oxu

Sosial

  • 8

Bakı Slavyan Universitetində "Muğam Ensiklopediyası" nın müzakirəsi keçirildi

Bakı Slavyan Universitetində "Muğam Ensiklopediyası" nın müzakirəsi keçirildi
Dünən Bakı Slavyan Universitetinin Jurnalistika şöbəsində "Müzakirə-Təhlil" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın baş redaktorluğu ilə çap olunan "Muğam Ensiklopediyası" nın müzakirəsi keçirildi. Tədbiri BSU-nun Jurnalistika Şöbəsinin müdiri Səbuhi Abbasov açaraq Azərbaycanın mədəniyyətini, incəsənətini təbliğ və inkişaf etdirən bu tip nəşrlərin BSU-nun rektoru professor Kamal Abdullayevin təşəbbüsü ilə həmişə universitet auditoriyalarında müzakirə obyekti olduğunu diqqətə çatdırdı. Azərbaycan muğamına həsr olunmuş xüsusi ensiklopediyanın işıq üzü görməsini bütövlükdə bir mədəniyyət hadisəsi kimi qiymətləndirən S.Abbasov Heydər Əliyev fondunun bu istiqamətdə reallaşdırdığı digər layihələr haqqında da geniş məlumat verdi. Daha sonra tədbirdə çıxış edən tələbələr Azərbaycan musiqisinin aparıcı qollarından birini təşkil edən muğamın dünya musiqi sənəti kontekstində elmi və nəzəri təhlili və tanıtımı məsələləri ətrafında geniş fikir mübadiləsi apardılar.

Digər xəbərlər