PDF Oxu

Sosial

  • 11

Xocalı soyqırımı - 18 il

Xocalı soyqırımı - 18 il
Məlum olduğu kimi, "İrəli" İctimai Birliyi Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar aksiyalar keçirir. Planlaşdırılan növbəti aksiya dünən Böyük Britaniyanın parlament binasının qarşısında, məşhur "Parliament Square" meydanında olub. Aksiya, ilk növbədə, Trafalqar meydanından parlament meydanına qədər olan dinc yürüşlə başlanacaqdır. F Daha sonra isə parlament meydanının önündə davam edən aksiyada 150-dən çox azərbaycanlı gənclər və tələbələr iştirak etdilər. Aksiyada "İrəli" İctimai Birliyinin Londondakı təmsilçiləri, Oxford Azərbaycan Cəmiyyəti, Azərbaycanlı Gənclər Klubu, York Azərbaycan Cəmiyyəti, Bristol Azərbaycanlı Gənclər Təşkilatların nümayəndələri də təmsil olunurdu. Tədbirdə iştirak edənlər əynilərində "İrəli" İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi köynəklər vardı və onlar əllərində aksiyada istifadə ediləcək şüarları əks etdirən portretlər tutmuşdular. Həmçinin, aksiyada iştirak edənlərə Heydər Əliyev Fondu tərəfindən kitablar və broşuralar təqdim edilmişdi. "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı builki aksiyanın daha fərqli xüsusiyyətlərə malik olduğunu bildirib: "Bu aksiyanı əvvəlkilərdən fərqləndirən cəhət bu tədbirdə daha çox azərbaycanlı təşkilatlarının əhatə edilməsi və çoxlu sayda Böyük Britaniyada təhsil alan tələbələrin iştirakının təmin edilməsidir. Həmçinin, aksiya zamanı erməni terrorizminə, Xocalı soyqırımına Böyük Britaniya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi və Böyük Britaniya parlamentinin Xocalı soyqırımını tanıması məqsədi ilə şüarların səsləndirilməsidir. Aksiya bitdikdən dərhal sonra iştirakçılar müxtəlif qruplara ayrılaraq Londonun bir neçə yerli əhalinin daha çox olduğu yerlərdə yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamının reallıqlarını və erməni vəhşiliklərini özündə əks etdirən kiçik kitabçalar və bukletlər paylayacaq. Bundan əlavə, aksiyanın kütləvi informasiya vasitələrində işıqlandırılması üçün Böyük Britaniyanın onlarla televiziya və radio qurumlarına, o cümlədən, müxlətif elektron informasiya agentliklərinə məlumatlar verilibdir".

Digər xəbərlər