PDF Oxu

Sosial

  • 11

"Xocalı" tamaşasını nümayiş etdirildi

"Xocalı" tamaşasını nümayiş etdirildi
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Muzey Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev muzey mərkəzinin bədii yaradıcılıq proqramları şöbəsinin müdiri Adelya Səfərova 1992-ci il fevralın 25-dən 26-a keçən gecə XX yüzilliyin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında danışaraq, bildirdilər ki, bəşər tarixində analoqu olmayan bir faciədir. Xocalı soyqırımından 18 il ötməsinə baxmayaraq, bu hadisəni bu gün kimi xatırlayır və Xocalı şəhidlərini yad edirik. Sonra Xocalı faciəsi zamanı həlak olan şəhidlərimizin ruhu bir dəqəqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən xalq rəssamı Arif Hüseynov üzünü zalda oturan uşaqlara tutaraq, onları vətənpərvərliyə və təəssübkeşliyə çağırdı və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirdi.
Çıxışlardan sonra "Günay" Uşaq Teatrının və "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvləri şairə Zərəngiz Dəmirçi Qayalının "Cavab ver" poeması əsasında səhnələşdirilmiş "Xocalı" tamaşasını nümayiş etdirildi. Tamaşanın quruluşçu rejissoru Larisa Tarusova, bədii tərtibatçısı Günəş Talıblı, məsləhətçisi Aygün Zamanlıdır. Xatırladaq ki, tamaşa M.S.Ordubadinin xatirə-muzeyində, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində də nümayiş etdirilmişdi. Tədbirin sonunda Qafqaz Media İctimai Birliyinin sədri Azadə Hüseynova "Cəsarətli qələm" diplomunu Zərəngiz Dəmirçi Qayalıya təqdim etdi.

Digər xəbərlər