PDF Oxu

Sosial

  • 10

“SƏHƏR"İN İRAN SƏHƏRİ AÇILMAYA BİLƏR

“SƏHƏR"İN İRAN SƏHƏRİ AÇILMAYA BİLƏR
Zaman, dövr dəyişsə də, insanlar heç vaxt dəyişmir. Əkər min il əvvəl insan olan varlıq vara, dövlətə, yüksək mənsəbə çatmağa aludə idisə, bu gün də o ənənəsinə sadiqdir. İddiaları ilə imkanları tərs müntənasiblik təşkil etsə də, insan olan varlıq bunun fərqinə varmır. Daha çox var-dövlət əldə etməyə və ən yüksək mənsəblərə çatmağa çalışır. Hətta insanın insana qənim kəsilməsi də hər kəsin öz maraqlarını həyata keçirmək səbəbinədən yaranır.
Müxtəlif növ atıcı silahların icad olunması, bir dövlətin digər dövlətə hədə mesajları, bəyanatları ünvanlaması da yalnız və yalnız öz insani maraqlarını qorumaq üçün edilir. Bu tip maraqların həyata keçirilməsində qonşuluq, dini yaxınlıqda əhəmiyyətsiz hesab olunur. Mədəniyyətlərin eyni olması və dil oxşarlığı da bir işə yaramır. Çünki insan olan varlıq belə yaranıb. Xislətin dəyişməsi yenidən insanın ibtidai icma qurluşuna qayıtması deməkdir. Bu, mümükün olmadığı kimi, insan təfəkkürünü və beynini də, hələ ki, dəyişmək mümükün deyil. Deməli, bəşəriyyət qiyamət gününə qədər belə yaşayacaq. Deməli bəxtinə, taleyinə qonşu olmaq yazılan Azərbaycan ermənilər kimi yarımvəhşi, barbar bir xalqla, hələ ki, eyni bölgədə yaşamalı olacaq. İran kimi üzdə din qardaşı, yaxın qonşu dövlət deyib, əməldə iyrənc mövqe nümayiş etdirən bir dövlətlə sərhəd qonşuluğunu davam etdirəcəyik. İki yüz il Azərbaycan xalqına məşəqqətlər yaşadan, "Gülüstan", "Tükmənçay" kim sülh müqaviləsinin imzalamasına nail olmaqla, Azərbaycanı Şimal və Cənuba bölən Rusiya ilə Azərbaycan qoşu dövlət olaraq birgə yaşamalı olacaq. Bəlkə də, Rusiyanın və işğalçı Ermənistanın Azərbaycana qarşı olan vandal siyasətini başa düşmək olar. Ancaq dili, dini, mədəniyyəti, tarixi kökləri eyni olan İranın Azərbaycana qarşı düşmənçiliyini anlamaq mümkün deyil. Az qala min kilometrlə uzaqlarda yerləşən müsəlman dövlətinə himayədarlıq edən, onun müdafiəsinə qalxan İran yaxın qonşusu olan Azərbaycana düşmən münasibət bəsləməsi başa düşülən deyil. Xocalıda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda və digər yaşayış məskənlərində ermənilərin törətdiklər vandalizm aktına İranının müxtəlif televiziyaları və mətbu orqanları məmnunluq hissi ilə qarşıladı. 1992-ci ilin may ayında İran dövlət səviyyəsində Azərbaycana qarşı xəyanət yolu tutdu. O vaxt İran hakimiyyəti prezidet səlahiyyətlərini icra edən, parlamentin keçmiş sədri Yaqub Məmmədovu Tehrana dəvət etdi və bununla da Ermənistana Şuşanı işğal etməsinə şərait yaratmış oldu.
Bu gün İran Ermənistanla geniş iqtisadi əlaqələrə malikdir. Yəni Tehran Bakı ilə müqayisə də, Erəmnistanla iki dəfədən də, artıq iqtisadi əlaqələr qurub. Xankəndində, Şuşada və digər Azərbaycanın işğal olunan ərazilərində İranın yük avtomaşınları hərəkət edir. Həmin avtomaşınlar Xankəndinə, Şuşaya, Laçına və digər ərazilərə İrandan ərzaq və tikinti materialları gətirirlər. Buradan isə Tehrana gümüş, mis və dəmir məmulatları aparırlar. Ermənistan-İran sərhəd keçidlərində sadələşdirilmiş keçidlərdə əslən Təbrizdən olan azərbaycanlı sərhədçilər Xocalıda, Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğal edilən ərazilərdə uşaq, qoca, qadın qatili olan erməniləri əzizləri kimi qarşılayıb, ölkənin içərilərinə yola salırlar. Orada isə erməniləri donuzu bəsləyən kimi yedirdib, içirdib. Bunun fonunda isə İran rejimi Azərbaycana qarşı düşmən xislətini nümayiş etdirir. Xüsusilə də İranın bəzi KİV-ləri Azərbaycana qaşı yaramaz mövqe sərgiləyir. Deyərdim ki, tərixi düşmənləri hesab etdiklər ABŞ-a və İsrailə qaşı İran KİV-ləri Azərbaycan əleyhinə apardıqları antitəbliğatı aparmırlar. "Səhər" adlı qərəzli təbliğat maşını demək olar ki, hər gün Azərbaycan əleyhinə şər, böhtan xarakterli məlumatlar yayır. Bəzən bu şər yuvası Ermənistandan olan üzdəniraq politoloqları, siyasətçiləri müzakirələrə çəkir və onların vasitəsi ilə Azərbaycana böhtan atılmasını həyata keçirirlər.
Qeyd etmək lazımdır ki, "Səhər" TV-nin Ermənistana olan sevgisi heç də təsadüfi deyil. Daha doğrusu, bir tərəfdən TV-nin Azərbaycana olan qərəzli münasibətinin kökündə İranın dövlət siyasəti dayanırsa, digər tərəfdən "Səhər"in rəhbərliyində ermənilərin çoxluq təşkil etməsi "fəaliyyət"in daha geniş xarakter almasında önəmli rol oynayır. Nəzərə almaq lazımdır ki, 2004-cü ilə qədər "Səhər" TV-nin rəhbəri əslən Ermənistanın Spitak şəhərindən olan erməni olmuşdur. Sonradan bu şəxs İranın xarici işlər nazirliyində işə dəvət edildiyindən vəzifəsindən getmişdir. Amma TV-nin direktor müavini Karen Akopyan özünü "Səhər"in şəriksiz rəhbəri kimi aparmaqdadır. TV-nin informasiya departamentinin və baş redaktorunda erməni olması K.Akopyanın mövqelərinin möhkəmlənməsinə təkan verib. O mənada ki, bu erməni müəyyən hallarda ETALLAT-da və prezident aparatındakı adamları vasitəsi ilə ölkənin idarəetmə orqanlarına təsir edə bilir. Londonda dərc olunan "Nyu-Tayms" qəzetinin yazdığına görə, İranda hakimiyyət əleyhinə mitinqlər keçirən müxalifətə divan tutulmasında "Səhər" TV-nin direkto müavini K.Akopyanın dəstəsini xüsusi amansızlığı olmuşdur:"Bu azğınlaşmış dəstə küçələrdə insanlara qarşı zorakılıqlar etməklə kifayətlənməyib, vətəndaşların evlərinə soxulub, onları qarət etməkdəndə çəkinməyiblər. Zeybə Xani küçəsində Mütəkki Farsinin evinə soxulan altı nəfərlik silahlı dəstə ailə üzvülərini amansızlıqla döymüş, onlara dəhşətli işgəncələr vermişlər. Nəhayətdə, evdə olan qiymətli əşyaları götürüb getmişlər. Maraqlıdır İran hakimiyyət dairələri bu dəstənin azğın hərəkətlərindən xəbərdar olsalar da, tədbir görməyə ehtiyac duymurlar".
R.S Mövzuya yenidən qayıdacağıq

Digər xəbərlər