PDF Oxu

Sosial

  • 9

Rəcəb Tayyib Ərdoğan: "Türkdilli ölkələrin

Rəcəb Tayyib Ərdoğan: "Türkdilli ölkələrin
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avrasiya Platformasının Qazaxıstan təmsilçiləri ilə görüşdə bildirib ki, 2009-cu ilin oktyabrında təşkil olunmuş türkdilli ölkələrin dövlət başçılarına Naxçıvan zirvə görüşündə tarixi bir addım atılmış və imzalanmış sənədlə türk dünyası dövlətləri arasında əməkdaşlıq təşkilati bir forma almışdır. Türkiyə hökumətinin başçısı deyib ki, Türk Əməkdaşlıq Şurası çərçivəsində Qazaxıstanda yaradılacaq Türk Akademiyasında türk dünyasının elmi, mədəni və təhsil sahələrindəki mirası toplanacaq. Türkiyə bu layihənin həyata keçirilməsinə böyük əhəmiyyət verir və onu dəstəkləməyə hazırdır. Rəcəb Tayyib Ərdoğan Aktaudan gələn neftin Bakı-Tbilisi-Ceyhan xətti ilə axmasından da məmnunluq duyduğunu söyləmişdir. Prezident Nursultan Nazarbayevin Qazaxıstanın Samsun-Ceyhan layihəsində iştirak etməsi barədə bəyanatı Ankara üçün mühüm olmuşdur. 2013-cü ildə başa çatacaq Bakı-Tbilisi-Qars dəmiryolu və "Marmaray" layihələri ilə Orta Asiya və Cənubi Qafqaz ölkələri Avropaya bağlanacaq.

Digər xəbərlər