PDF Oxu

Sosial

  • 9

Vyanada keçirilən “Ferien-Messe Wien 2010” növbəti beynəlxalq tətil yarmarkası

Vyanada keçirilən “Ferien-Messe Wien 2010” növbəti beynəlxalq tətil yarmarkası
Azərbaycan beynəlxalq turizm festivallarında iştirak edərək, özünün potensialını təqidim, etməkdədir. Artıq qısa bir zamanda, demək olar ki, ölkəmizdə turizmin imkanları genişlənmiş, bunun nəticəsi olaraq, Azərbaycana axın sürətlənmişdir. Təbii ki, bu da keçirilən festivallarda iştirakçı olmaq zəruriyyətindən irəli gəlmişdir. Bu günlərdə Vyanada keçirilən növbəti beynəlxalq tətil yarmarkası - "Ferien-Messe Wien 2010"da Azərbaycan da təmsil edilmişdir. Təşkil edilən yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak edib.
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirmişdir. Builki yarmarkanın tərəfdaşları Tunis (xarici ölkə qismində) və Zaltsburq (yerli region qismində) olmuşdur.
Builki yarmarkada Azərbaycan geniş tərkibli heyətlə təmsil olunmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə mədəniyyət və turizm nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ilk dəfə olaraq, turizm şirkətinin AL Travel şirkəti və DAzərbaijan review" jurnalının təmsilçiləri də yarmarkada iştirak ediblər.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizdə turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixindən bəhs edən kitab, broşür və bukletlər paylanmış, milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilmiş, filmlər göstərilmişdir. İngilis və alman dillərində hazırlanmış nəfis tərtibatlı kitabçalar sayəsində yarmarka iştirakçıları Azərbaycanın müxtəlif regionları ilə yanaşı, mehmanxanalar, ölkənin turizm bölgələrinə səfər marşrutları və digər sahələrdə praktiki informasiyalar əldə etmişlər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqaslarının ifasında Azərbaycan milli oyun havaları və kompozisiyalar yarmarka iştirakçıları tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdır.
Qeyd edək ki, Avstriyada hər il 130 milyon turist qeydə alınır. Həm yay, həm də qış turizminin ölkədə geniş inkişaf etməsi turistlərin Avstriyaya marağını artırmaqla yanaşı, yerli əhali belə yarmarkalar vasitəsilə yay məzuniyyətləri üçün maraqlı regionlarla tanış olurlar. Hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı şəkildə məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.

Digər xəbərlər