PDF Oxu

Sosial

  • 19

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Əxlaq (latınca moralis - xasiyyətə aid olan) - insan hərəkətlərinin normativ tənzimlənməsinin əsas üsullarından biridir. Əxlaq xasiyyətə aid olan baxışları və hissləri, həyatın yönümü və prinsiplərini, hərəkətlərin və insan münasibətlərinin niyyət və məqsədlərini - xeyir və şər, vicdan və vicdansızlıq, qeyrət və qeyrətsizlik, ədalət və ədalətsizlik, nizam və nizamsızlıq, mərhəmət və sərtlik anlayışlarını fərqləndirərək - əhatə edir.
Lakin bu tərifdə hallandırılan anlayışları kim, yaxud hansı meyyar təyin edir? Məsələ burasındadır ki, xeyir və şər, vicdan və vicdansızlıq və s. kimi anlayışlar nisbidir. Nəyə nisbətən bu xasiyyətə aid olan baxışlar və hisslər təyin edilə bilər? Axı, müşahidə etdiyimiz kimi, müxtəlif insan və cəmiyyətlər üçün hər bir şey, eyni zamanda, həm ədalətli, həm də ədalətsiz ola bilər. Məsələn, hansısa məmur üçün səviyyəsiz, lakin "öz" adamını vəzifəyə çəkmək normal və adalətli hərəkətdir. Lakin bunun nəticəsində işsiz qalan yüksək səviyyəli peşəkar bunu özbaşınalıq və ədalətsizlik kimi qiymətləndirir. Kimsə fahişəliyi əxlaqsızlıq, kimsə pul qazanmaq üçün normal bir vasitə sayır. Belədirsə, onda əxlaqın obyektiv ölçüsü nədir, nəyə nisbətən bir şeyi əxlaqlı, başqasını isə əxlaqsız saymaq olar?
İctimai məqsədəuyğunluq amilinin əxlaqın meyarı olması fərziyyəsini irəli sürürlər. Bu, o deməkdir ki, əgər insanlara hansısa davranış qaydaları və adətlər fayda verirsə, onda məhz bu meyar əxlaqın obyektiv ölçüsüdür. Lakin müxtəlif cəmiyyətlərdə bu amil nisbi ola bilər. Çinli üçün hansısa bir şey faydalı, türk üçün isə faydasız ola bilər. Bundan başqa müxtəlif cəmiyyətlərdə ictimai davranış və əxlaq fərqlidir. Məsələn, Aralıq dənizi hövzəsi ətrafında yaşayan xalqları istibdad altında saxlamaq və onlara zülm etmək Roma imperiyasında normal hal kimi qəbul edilmişdir. Orada saysız insanların məhv edilməsi (xüsusən, kölələrin) əxlaqa uyğun idi. Özünü yüksək mədəniyyət mənsubu sayan Roma vətəndaşı başqa xalqları barbar adlandırıb, qladiator döyüşlərindən, "Çörək və tamaşalar" tələb edən Roma xalqı isə çarmıxa çəkilmiş insanların iztirablarından hazz alırdılar. Təkcə bir Spartakın başçılıq etdiyi qiyamın yatırılmasından sonra bu cür çarmıxlar Romaya gedən yollar boyu quraşdırılmış və onların üzərində minlərlə üsyançı edam edilmişdir. Daha sonra isə, romalılar amfiteatrlarda şirlərin insanları parçalamasından həzz alırdılar.
Qədim zamanlarda iranlılar öz anaları və bacıları ilə kəbin kəsdirib, onlarla cinsi əlaqəyə girirdilər. Misir fironları Aralıq dənizinə su kanalının qazılması zamanı yüz min köləni məhv etmişdirlər. Kartacada (Karfagendə) Bəl, yaxud Yukatan yarımadasında Kesalkoatl tanrılarının ardıcılları insanların bu tanrılara qurban verilməsini möminliyin ən yüksək məqamı sayırdılar. Assurlular başqa xalqları kütləvi surətdə məhv etmək, kölə kimi satmaq normal hal kimi qiymətləndirirdilər. Onların özlərinə məxsus, Neynəva və Ərbildə İştar tanrıcasının məbədində xalqın kütləvi surətdə bir-biri ilə cinsi əlaqələrə girməsinə icazə verən əxlaq anlayışları olmuşdur.
Bizim zamanımızda da insanlar eyş-işrət və sərxoşluqla yaşayıb, rüşvətxorluğa qurşanıb, başqalarını qarət etməklə dəbdəbəli və keflə dolu həyat sürmək istəyindədirlər. Başqaları isə buna qarşı çıxır, onları qınayırlar, pozğunçuluqda ittiham edirlər. Onların fikrincə, başqa insanlara ziyan vermək olmaz. Lakin nəyin əsasında onlar öz baxışlarını daha düzgün hesab edib, eyş-işrətlə həyat keçirənləri qınayırlar.
Bizim günlərimizdə də insanlar həyatarını eyş-işrət, sərxoşluq içində keçirməyə meyillidirlər. Onlar rüşvətxor olmaq, qanunsuzluqlar törətmək və başqalarının hesabına "gözəl" həyat sürmək istəyirlər. Başqaları isə onları qınayıb, bu cür həyat tərzini pisləyirlər. Onlar "başqalarına ziyan yetirməmə" prinsipini irəli sürürlər. Lakin hansı meyarın əsasında onlar özlərini haqlı, "eyş-işrət əhlini" haqsız hesab edirlər? Bəlkə elə onlar əsil əxlaq sahibləridirlər? Onu da əlavə etmək lazımdır ki, "eyş-işrət əhlini" qınayanlar onlarda olan imkanlarından, pullarından məhrumdurlar. O imkanları əldə edəndən sonra isə, özləri o cür həyat tərzini aparmağa üstünlük verirlər. Çünki insan imkanlı, güclü, pullu olanda istədiyini edə bilər. Bu səbəbdən keçmişdə yaşayan çarlar özlərini, hətta Tanrı elan edirdilər.
Yalnız güclünün yaşama haqqı olması haqqında fəlsəfi nəzəriyyələr də vardır. Məsələn, Nitşeyə görə əxlaq yalnız zəif və yararsız insanlara lazımdır və onlar güclü və iradəli adamları bu anlayışı qəbul etməyə zorlayırlar. Buna görə də güclülərin iradəsi zəiflərə qalib gəlib, onları məhv etməlidir. Məhz belə olan təqdirdə, güclülər möhkəmlənib, bəşəriyyəti tərəqqiyə doğru apara bilərlər.

Ardı var.

Digər xəbərlər