PDF Oxu

Sosial

  • 5

“Freedom House” təşkilatının növbəti haqsız hesabatı

“Freedom House” təşkilatının növbəti haqsız hesabatı

Məlum olduğu kimi, yenə də baş qərərgahı ABŞ-da yerləşən "Freedom House" təşkilatı növbəti hesabatında Azərbaycana qarşı qərəzli mövqeyini dəyişməyərək, ölkəmizi "azad olmayan" ölkələr sırasında göstərib. Bununla yanaşı, ölkəmizə qarşı daxili nifrətlərindən irəli gələrək, hətta Dağlıq Qarabağı ayrıca bir bölgə adlandırıb, oranı "qismən azad" region kimi təqdim ediblər.

"Freedom House" təşkilatının bu cür yersiz, haqsız, mənasız, düşüncəsiz və qərəzli mövqeyinə münasibət bildirməli və onların özlərini azad və ağıllı düşünməyə dəvət etməliyik.
Belə ki, "Freedom House" təşkilatının rəhbərliyinə və xüsusən də, "Freedom House"un proqram direktoru Kristofer Uolkerə tutduqları mövqeyin yalnışlığını çatdırarkən, aşağıdakıları qeyd etmək vacibdir və biz onların haqsız mövqedə durduqlarını faktlarla sübut etməyə hazırıq.
İlk olaraq, qeyd edək ki, 2009-cu il də dünyanın bütün dövlətlərinə, xüsusən də, ABŞ kimi böyük iqtisadi potensiala malik olan dövlətə iqtisadi böhran yüksək səviyyədə ziyan vurdu və onları ciddi narahat elədi. Nəinki ABŞ digər inkişaf etmiş ölkələr də iqtisadi böhran səbəbindən böyük problemlərlə qarşılaşdılar. Amma bu çətin vəziyyətdə Azərbaycanda aparılan düzgün siyasət nəticəsində ölkəmizin iqtisadi həyatına heç bir ziyan dəymədi və əksinə olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanlarına əsasən, vətəndaşların əmək haqları və pensiyaları bir neçə dəfə artırıldı. Ümumilikdə, xalqın sosial rifahına heç bir mənfi təsir olmadı. Lakin "Freedom House" təşkilatının "qismən azad" adlandırdığı əksər ölkələrdə işsizliyin səviyyəsi xeyli artdı, əmək haqları aşağı salındı və sosial rifah kökündən mənfi istiqamətdə dəyişdi. Təşkilatın hesabatına qarşı etiraz bidirərkən, həm iqtisadi və həm də siyasi məsələlərə toxunmağımızın səbəbi onların hesabat hazırlayarkən, bu nüanslara diqqət yetirmələrindən irəli gəlir. Əgər "Freedom House" təşkilatı özünün haqlı mövqedə olduğunu sanırsa, bildirək ki, bu onların birinci haqsız mövqeyidir.
Digər haqsız mövqelərinə gələrkən, qeyd edək ki, bu təşkilat demokratiya və insan haqları məsələlərinə, əsasən, qərar qəbul edərkən, seçki məsələsini də nəzərə alırlar. Seçki məsələsinə gəldikdə isə, ölkəmizdə keçirilən bütün seçkilərdə və sonuncu bələdiyyə seçkilərində də xalqın mövqeyi ortaya qoyuldu və Azərbaycanda demokratik seçki keçirildi. Xalq, hər zaman olduğu kimi, YAP-ı dəstəklədi. Bu isə dövlətlə, xüsusilə də, Prezidentlə xalqın birliyindən və qarşılıqlı inamından irəli gəlir. Lakin "Freedom House"un dəfələrlə "qismən azad" hesab etdiyi Ermənistanda isə seçkilər qətiyyən demokratik prinsiplərə uyğun keçirilmir və orada insan hüquqları və azadlıqları kəskin şəkildə pozulur. Ermənistan hakimiyyətinin xalqına tutduğu divan bunun sübutudur. Ermənistanda, ümumilikdə isə, heç bir inkişafdan söhbət gedə bilməz. Bu bir fakt kimi göz önündədir və bunu danan beynəlxalq təşkilatlar dünya ölkələri ilə bağlı hesabat hazırlayarkən, doğru münasibət ortaya qoya bilməzlər. Yenə bildirək ki, "Freedom House" təşkilatı özünü haqlı mövqədən çıxış edən təşkilat kimi göstərmək istəyirsə, bu, onların ikinci haqsız mövqeyidir.
Növbəti yanlış mövqeləri isə, bundan ibarətdir ki, "Freedom House" təşkilatı, deyəsən özünün hansı ölkədə yerləşdiyini unudub. Onlar bilməlidirlər ki, qərargahları yerləşən ABŞ bir neçə müsəlman və qeyri-müsəlman ölkələrində günahsız insanların ölümünə, yersiz cəzalandırılmasına səbəb olub. Niyə axı onlar öz səhv hərəkətlərinə izahat vermirlər, amma Azərbaycan kimi demokratik prinsiplərə tam cavab verən bir ölkəni dəfələrlə haqsız olaraq, "azad olmayan" ölkələr sırasında göstərirlər. Bu isə onların üçüncü haqsız mövqeləridir.
Bütün bunlarla onların Azərbaycan Respublikasına qarşı olan qərəzli münasibətləri bitmir və üstəlik, Dağlıq Qarabağı ayrıca bölgə adlandıraraq, oranı hətta "qismən azad" adlandırırlar. Bu təmamilə demokratik prinsiplərə, düzgün insan düşüncəsinə, haqlı mövqeyə ziddir. Hətta nəzərə almalıyıq ki, Ermənistan qoşunları Dağlıq Qarabağı işğal etməklə bir milyon insanı yurd-yuvalarından ayıraraq, onların qaçqın adı almalarına səbəb olublar. Bunları düşünmədən belə qərar qəbul etmək elə "Freedom House" təşkilatının insan hüquqlarını pozması deməkdir. Məlumdur ki, Qarabağ ərazisi Azərbaycanındır və hazırda terrorçu Ermənistan tərəfindən işğal altına alınıb. "Bütün bu faktlar qarşısında niyə bütün hesabatlarınızda Ermənistana təzyiq göstərmirsiniz" sualına isə "Freedom House" təşkilatının rəhbərliyi heç vaxt cavab vermək istəmir və bununla belə özlərini haqlı hesab edirlərsə, bu onların ölkəmizə münasbətdə dördüncü haqsız mövqeləridir.
"Freedom House"un proqram direktoru Kristofer Uolker Azərbaycanla bağlı münasibət bildirərkən, qeyd edib ki, bu ölkə rəhbərliyi beynəlxalq tənqidlərə fikir vermir. Bu, təmamilə yanlış fikirdir. İlk olaraq, ölkəmizdə heç bir vəziyyət tənqid olunası səviyyədə deyil və heç kimin haqqı yoxdur ki, Azərbaycan kimi sürətlə inkişaf edən ölkəni tənqid etsin. Bunu "Freedom House"un proqram direktoru Kristofer Uolker unutmamalı və sonrakı çıxışlarında bu məsləyə diqqət yetirməlidir. Belə ki, K.Uolker bilməlidir ki, Azərbaycanda siyasi və iqtisadi vəziyyət, sosial rifah yüksək səviyyədə inkişaf edir, ölkəmizdə heç bir vətəndaşın hüquqları pozulmur, seçki prosesləri vaxtında və demokratik prinsiplərə tam cavab verən şəkildə keçirilir və dövlətlə xalq bir-birinə inanaraq və güvənərək yaşayır.

Digər xəbərlər