PDF Oxu

Sosial

  • 20

Moskvada “İRS-Naslediye” beynəlxalq jurnalının 5-ci xüsusi nömrəsi çapdan çıxıb

Moskvada “İRS-Naslediye” beynəlxalq jurnalının 5-ci xüsusi nömrəsi çapdan çıxıb
Budəfəki xüsusi buraxılış mürəkkəb dövrdə - Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı olduğu, Qarabağ münaqişəsinin nizama salınması ərəfəsində işıq üzü görmüşdür
Moskvada "İRS-Naslediye" beynəlxalq jurnalının Qarabağa həsr olunmuş 5-ci xüsusi nömrəsi çapdan çıxmışdır. Qeyd edim ki, Qarabağla bağlı mövzulara jurnalda geniş yer verilir, ildə bir dəfə müvafiq tematik nömrə buraxılır. Jurnalın redaktoru Musa Mərcanlının "Qarabağ Azərbaycanın olmuş və olacaqdır" məqaləsində deyilir ki, budəfəki xüsusi buraxılış mürəkkəb dövrdə - Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı olduğu, Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar bir çox ölkələrin səylərinin fəallaşdığı bir dövrdə işıq üzü görmüşdür.
Jurnalın bu nömrəsində Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlərin bir qrupu ilə görüşündə dediyi sözlər misal gətirilmişdir. Dövlətimizin başçısı bəyan etmişdir ki, Azərbaycanın işi haqq işidir və hamı üçün aydındır ki, Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə barışmayacaqdır və ərazi bütövlüyünü bu, ya digər yolla bərpa edəcəkdir.
Nömrədə Qarabağ münaqişəsinin tarixindən bəhs edən və arxiv materiallarına əsaslanan maraqlı məqalələr təqdim olunur. Xüsusi buraxılışda "Qarabağın ilhaqı siyasətinə bəzi ştrixlər", "DQMR-in yaradılması bolşeviklərin milli dövlət quruculuğu siyasətinin parlaq təzahürüdür", "Qarabağ və İrəvan xanlıqları ingilis dilində istorioqraqfiyada", "Nuh peyğəmbər haqqında erməni əfsanəsi və Böyük İpək Yolu üstündə olan Naxçıvan "problemi", habelə, Qarabağ azərbaycanlılarının ənənələri və məişəti barədə bir sıra məqalələr yer almışdır.

Digər xəbərlər