PDF Oxu

Sosial

  • 6

Batumi enerji sammitinin gündəliyinə dair Tbilisidə işçi qrupunun iclası keçirilir

Batumi enerji sammitinin gündəliyinə dair Tbilisidə işçi qrupunun iclası keçirilir
Tbilisidə Batumi enerji sammitinin gündəliyinin müəyyənləşdirilməsi üzrə işçi qrupunun iclası keçirilir. Mətbuat üçün qapalı olan toplantıda Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Litva, Ukrayna, Polşa, Rumıniya, ABŞ və "Sarmatiya" konsorsiumundan ümumilikdə 27 ekspert iştirak edir. Yanvarın 13-dək davam edəcək iclasda Azərbaycanı Sənaye və Energetika, Xarici İşlər nazirlikləri və Dövlət Neft Şirkətinin nümayəndələri təmsil edirlər. Tədbirdə enerji sammitində müzakirə olunacaq məsələlərin siyahısı hazırlanacaq, enerji layihəsinin diversifikasiyası və enerji resurslarının alternativ marşrutlarla Avropa bazarlarına nəqli barədə fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər