PDF Oxu

Sosial

  • 18

“Azərbaycan diasporuna dövlət qayğısı” kitabı nəşr olunub

“Azərbaycan diasporuna dövlət qayğısı” kitabı nəşr olunub
"Azərbaycan diasporuna dövlət qayğısı" adlı kitab işıq üzü görüb. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu nəşr Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən sayca 3-cü kitabdır. Burada Azərbaycan Prezidenti İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem və qayğılarının həllinə xidmət edən fərman və sərəncamları, dünya azərbaycanlılarına, həmçinin, diaspor təşkilatlarının toplantılarına müraciətləri və digər mühüm sənədlər, habelə, forum və qurultaylardakı çıxışları, diaspor nümayəndələri ilə görüşlərinə dair məlumatlar toplanıb. Komitənin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, "Azərbaycan diasporuna dövlət qayğısı" kitabı Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Eyni zamanda, bu topludan dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, doğma Vətənə, dövlətçiliyimizə bağlı olan hər bir azərbaycanlı stolüstü kitabı kimi istifadə edə bilər.

Digər xəbərlər