PDF Oxu

Sosial

  • 8

Elçin Əfəndiyev: “Uşaq bazasının yaradılması istiqamətində işlər görülür”

Elçin Əfəndiyev: “Uşaq bazasının yaradılması istiqamətində işlər görülür”
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, "Nur" Uşaq və Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaqların I Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, Forumun rəsmi açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib.
Tədbirdə ilk olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təbrik məktubu oxunub.
Forumu giriş sözü ilə açan Baş nazirin müavini Elçin Əfəndiyev iştirakçıları təbrik edərək bu addımın ölkə həyatında önəmli hadisə olduğunu bildirib. Uşaq ili çərçivəsində ölkədə keçirilən tədbirləri yüksək qiymətləndirən Baş nazir müavini söyləyib ki, bu il Azərbaycan BMT-yə 4 hesabat təqdim edib.
"Bundan əlavə Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirib. 1999-cu ildə Uşaq hüquqları haqqında qanun qəbul edilib. Cari ildə də bir çox dövlət proqramları tərtib edilib. 30-dan artıq Dövlət Proqramı həyata keçirilib",- deyə o qeyd edib.
Azərbaycanda əllil uşaqların internat məktəblərinə atılması ilə bağlı məsələyə də toxunan nazir müavini söyləyib ki, ölkəmizdə 47 minə yaxın uşaq müxtəlif xəstəliklər nəticəsində əlil olublar. Onun sözlərinə görə, Yuvinel Ədliyyə sistemi üçün tələb olunan təşkilatlanma və bundan irəli gələn məsələlər hal-hazırda müzakirə olunan əsas məsələlərdəndir. O əlavə edib ki, uşaq bazasının yaradılması istiqamətində işlər görülür.
Açılış mərasiminin davamında Milli Məclisin vitse-spikeri Bahar Muradova Forum haqqında öz fikirlərini bölüşüb. "Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik qazandıqdan sonra bu uşaqların ilk müstəqil forumdur. Biz bu forumda uşaqların tələb və təkliflərini eşidəcək və bizim bunlara nə qədər hazır olduğumuzu biləcəyik. Azərbaycanda yüksək intellektə, savada malik uşaqlar var. Onlar üçün ölkəmizdə gözəl imkanlar, onların inkişafı üçün şərait yaradılıb",- deyə o qeyd edib.
O bildirib ki, Azərbaycan parlamentində 70-ə dək qanun qəbul edib, 15-dən çox konvensiya ratifikasiya olunub, onlarla Dövlət Proqramları hazırlanıb və sərəncamlar verilib.
Açılış mərasimində çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova və "Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova da uşaqlara öz arzu və tövsiyyələrini bildiriblər.

Digər xəbərlər