PDF Oxu

Sosial

  • 9

Gənclər sabahımızın qarantıdır YAP Binəqədi rayon təşkilatında tələbə-gənclərlə görüş keçirildi

Gənclər sabahımızın qarantıdır YAP Binəqədi rayon təşkilatında tələbə-gənclərlə görüş keçirildi
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyələrə namizədlikləri irəli sürülmüş nümayəndələrlə tələbə gənclərin görüşü keçirildi.
Tədbir başlanmazdan öncə, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı sədri Nəbi Xəlilov bildirdi ki, artıq təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən seçiciləri maarifləndirmək məqsədilə tədbirlər həyata keçirilməkdədir. Respublikada üçüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edən sədr xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu qeyd etdi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Bu inkişafa yönələn siyasətin düzgün aparılması isə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətidir. 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyəsi də inkişaf yolundadır.
O, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədlərini müəyyənləşdirərkən, gənclərin və qadınların da potensialından yararlandığını söylədi. Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin rolundan danışaraq, bildirdi ki, onların potensialından daha çox yararlanmaq mümkündür. Sonra o, gəncləri 500 mindən artıq üzvü olan partiyanın namizədlərinə səs verməyə çağırdı.
Təşkilatın sədri çıxışında ümidvar olduğunu bildirdi ki, tələbə-gənclər bələdiyyə seçkilərində fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyəli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş danışaraq, bildirdi ki, 1999-cu ildə respublikamızda ilk dəfə olaraq, bələdiyyə seçkiləri keçirildi, 2004-cü ildə isə ölkəmizdə ikinci dəfə bələdiyyə seçkiləri keçirildi. Hazırda 3-cü mərhələnin astanasında olduğumuz bir məqamda, tam səmimi olaraq, deyə bilərik ki, bələdiyyələr ölkəmizin siyasi, iqitsadi, mədəni həyatında fəal rol oynamağa başlayıb. Millət vəkili bildirdi ki, seçki tarixinə nəzər salsaq, ilkin olaraq, tələbələrin mübarizə aparmış olduğunu görərərik. İnsanlara hüquq verilir ki, öz dövlətlərini özlərini yaratsınlar. Bələdiyyələr insanların yaşam tərzində insanların gündəlik problemlərinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edirlər. Ona görə də, insanların bu quruma böyük ehtiyacı var. Spesifik qurum olan bələdiyyələr heç bir orqana tabe deyillər. İstənilən bir işi felən həyata keçirirlər. Bələdiyyələrin öz büdcələri olmalıdır. Bu qurum öz büdcəsini iki mənbədən - yerli vergidən və ödəniş vasitəsilə doldurur. Millət vəkili qeyd etdi ki, Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir. Dövlət tərəfindən bu quruma onların maliyyə durumunu qismən yaxşılaşdırmaq məqsədilə 2010-cu ildə 3 milyon yarım maddi yardım ayıracaq. Mən əminəm ki, gələcəkdə bələdiyyələr öz üzərinə daha böyük missiyalar götürəcək, xalqımıza, o cümlədən, gənclərimizə daha yüksək səviyyədə xidmət edəcəklər. Sonra səlahiyyətli nümayəndə tələbə-gəncləri 23 dekabr bələdiyyə seçkilərində onlara verilən demokratik hüquqdan istifadə edərək, YAP-nı layiqli namizədlərinə səs verməyə dəvət etdi.
Tədbirdə çıxış edən partiyanın səlahiyyətli nümayəndəsi Madar Musayev qeyd etdi ki, 10 il fəaliyyət göstərən özünüidarəetmə orqanı olan bələdiyyələrin ötən müddət ərzində fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, onun fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu bildirən Madar Musayev sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar. Millət vəkili, bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğur arzulamaqla bərabər, onlara seçiləcəkləri təqdirdə, əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi. Millət vəkili onu da bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin artırılması əsas vəzifə kimi qarşıda durmalıdır. Sonra səlahiyyətli nümayəndə tələbə-gənclərə həyatda mübariz olmağa, demokratik hüquqlarından istifadə etməyə tövsiyə edərək, bələdiyyə seçkilərində iştirak etməyə çağırdı.
Tədbirdə namizədlikləri irəli sürülmüş, Hüseyn Hümbətov, Məlahət Hüseynova və başqaları çıxış edərək, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə, gənclərin problemləri ilə daha yaxından maraqlanacaq və onlara istər maddi, istərsə də mənəvi cəhətdən dəstək duracaqlarını bildirərək, onların asudə vaxtlarının səmərəli keçirilməsində bələdiyyə idman komplekslərinin inşasına kömək edəcəklərini bildirdilər.
Tələbə-gənclər adından çıxış edən Ramiz Məmmədov, Tacəddin Məsimov, Şəhriyar Mövsümov və başqaları gənclərin problemlərindən danışdılar. Sonra tədbir seçiciləri maraqlandıran suallar ətrafında diskussiya şəklində davam etdirildi.

Digər xəbərlər