Seçicilər xalqın tərəqqisinə səs verəcəklər
Dünən YAP Suraxanı rayon təşkilatının təşəbbüsü ilə bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaraçuxur və Yeni Günəşli sakinləri ilə YAP-ın bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş nümayəndələrlə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri, Fərman Rəsulov açaraq, bildirdi ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, Suraxanı rayon təşkilatı mütamadi tədbirlər keçirməkdədir. Tədbirləri keçirməkdə məqsəd seçiciləri maarifləndirməkdir. O bildirdi ki, Qaraçuxur və Yeni Günəşli qəsəbəsindən Yeni Azərbaycan Partiyası tərəfindən rayon bələdiyyəsinə 16 nəfərin namizədliyi irəli sürülüb. Partiyanın tövsiyələrinə əsasən, ötən seçkilərdən fərqli olaraq, qadın və gənclərə üstünlük verilib. Rayon təşkilatının aparat rəhbərirayon əhalisinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
Sonra YAP-ın səlahiyyətli nümayəndəsi, professor Rafiq Məmmədhəsənov öz çıxış edərək, özünüidarəetmə orqanları bir struktur kimi, 1999-cu ildə yaradıldığını bildirdi. Bələdiyyələrin əsas vəzifəsini görüş iiştirakçılarına izah edən səlahiyyətli nümayəndə bələdiyyələrin vətəndaşlara xidmət etdiyini bildirdi. O, qeyd etdi ki, bu baxımdan, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr yerlərdə işlərin görülməsi, həyata keçirilməsi, insanlara xidmət göstərilməsi ilə bağlı təcrübələr əldə ediblər və onların bu işlərdə də müəyyən xidmətləri var. YAP bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə gedir. O bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. M.Məmmədhəsənov, onu da diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbəsi mütləqdir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır.
YAP Suraxanı rayon təşkilatının idarə heyətinin üzvü Dəmir İsgəndərov çıxış edərək, bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvü olması ilə fəxr edir. Onun fikrincə, partiya ölkədə get-gedə güclənməkdə olan tərəqqi və inkişafdan bəhrələnərək, daha da güclənir, sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişlər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğrultmuş və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişdir. Partiyamızın gücü məhz onun Ümummilli Lider Heydər Əliyev ideyaları ilə meydana gəlməsində, Azərbaycan xalqının mənafeyini hər şeydən uca tutmasındadır. Yeni Azərbaycan Partiyasının keçdiyi bütün çətin və ziddiyyətli yolda onunla birgə addımlamış, rayonda və ölkədə qazanılan uğurlara önəmli töhfələr vermişdir.
Sonra tədbirdə çıxış edən namizədlər xalqın etimadını doğruldacaqlarına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində səylə çalışacaqlarını bildirdilər.