PDF Oxu

Sosial

  • 14

YAP daima qalib partiyadır

YAP daima qalib partiyadır
YAP Gədəbəy rayon təşkilatı rayonun Gər-Gər kənd mədəniyyət evində Gər-Gər və ətraf kəndlərin sakinlərnin iştirakı ilə dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirdi.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verdi və bələdiyyələrin Azərbaycanda gənc özünüidarəetmə strukturu olduğunu söylədi: "Ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib".
YAP rayon təşkilatının sədri onu da bildirdi ki, 57954 seçici 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri üzrə 61 məntəqədə səs verəcəklər: "31 yeni bələdiyyə üzrə keçiriləcək bələdiyyə seçkilərinə rayon üzrə 512 nəfər namizəd irəli sürülübdür ki, onların 509 nəfəri qeydiyyatdan keçibdir. Qeydiyyatdan keçmiş namizədlərin 285 nəfəri partiya tərəfindən irəli sürülüb. Dövlətimizin siyasətinə uyğun olaraq, bu seçkilərdə fəal və intellektual səviyyəyə malik olan gənclərin və qadınların namizədliyinə daha çox üstünlük verilib. Belə ki, YAP tərəfindən irəli sürülmüş namizədlərin 128 nəfərini, yəni 44,5 faizini qadınlar, 88 nəfərini isə, yəni 31 faizini gənclər təşkil edir. Əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP fəalları öz namizədlərinin qələbəsi üçün səylərini əsirgəməyəcəklər. Elə partiyamızın "Xalqa xidmət naminə" seçki proqramının da əsas məqsədi bugünkü inkişafı sürətləndirmək, xalqın maddi rifahını daha yüksək səviyyəyə çatdırmaq və xalqa daha sədaqətlə xidmət göstərməkdir. Ona görə də, partiyamız tərəfindən bələdiyyələrə irəli sürülən namizədlərimizin dəyərli vətəndaşlarımız tərəfindən dəstəklənəcəklərinə inanırıq".
R.Muradov çıxışı zamanı qeyd etdi ki, ölkəmizdə keçirilən üçüncü bələdiyyə seçkisi əvvəlki seçkilərdən fərqli keçəcək: "Bu seçkidə qadınlara və gənclərə geniş yer veriləcək. Çünki qadınların bələdiyyələrdə təmsil olunmaları zamanın tələbindən irəli gələn təbii prosesdir. Qadınlar daha obyektiv və səmimidirlər ki, bu da bələdiyyələrdə işlərin normal getməsi üçün şəraitin yaranması deməkdir".
Dövlətimizin siyasətinə öz əməli işləri ilə dəstək olan kənd ziyalıları çıxış edərək, bildirdilər ki, budəfəki bələdiyyə seçkilərində də YAP -nın namizədlərinə səs verəcəklər.
Görüşdə bələdiyyə üzvülüyünə namizdlərin sualları və təklifləri səsləndi və seçiciləri maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Digər xəbərlər