PDF Oxu

Sosial

  • 8

YAP Nəsimi rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib

YAP Nəsimi rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Sənaye və Avtomatlaşdırma Açıq Səhmdar Cəmiyyətində (ASC) bələdiyyə seçkiləri ilə əlaqədar seçicilrlə görüş keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək, YAP-ın cəmiyyətdəki nüfuzundan və rolundan geniş bəhs edib. O, ölkəmizdə bələdiyyələrin yaranması tarixindən danışıb. Onun sözlərinə görə, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrlə bağlı demokratik qanunlar yer almışdı. Özünüidarə strukturunun ölkəmizdə tam olaraq formalaşması prosesi 1999-cu ildə başa çatdı. Həmin ildə də ilk bələdiyyə seçkiləri keçirildi: "Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb. Bir institut kimi, Azərbaycanda 10 il öncə, yaradılan yerli özünüidarəetmə orqanları öz işini məhz əsas qanunumuzun tələblərinə uyğun olaraq qurub. Ötən 10 il ərzində bələdiyyə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün çox mükəmməl və ciddi bir hüquqi baza yaradılıb. Bu da yerli özünüidarəetmə orqanlarının daha effektiv və keyfiyyətli fəaliyyətinə zəmin yaradıb. Milli Məclis tərəfindən bələdiyyələrin birləşdirilməsi haqqında qanunun qəbul edilməsini də təsirli bir addım kimi qiymətləndirə bilərik. Bundan başqa, ötən 10 ildə əldə olunmuş təcrübə də imkan verir ki, daha yüksək səviyyədə fəaliyyət göstərmək mümkün olsun. Mən inanıram ki, budəfəki bələdiyyə seçkilərindən sonra bu institut daha fəal və produktiv olacaq".
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd, təşkilatın gənclər birliyinin sədri Zəfər Qurbanov bildirib ki, Azərbaycanda cəmisi 10 ildir fəaliyyət göstərən bələdiyyə sistemi artıq uğurları ilə yadda qalıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqımız tərəfindən dəstəklənib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqitsadi siyasət nəticəsində regionlarımız böyük inkişaf yolu keçib. Artıq regionların inkişafında bələdiyyələrin də rolu genişləndiriləcək. Bu baxımdan, mən inanıram ki, dekabrın 23-də seçicilər məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
O, yaradılmasında yüz minlərlə YAP üzvünün yaxından iştirak etdiyi bələdiyyələr hər zaman xalqa xidmət prinsipini prioritet sayıldığını bildirdi: "Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini və rahatlığını təmin edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaq. Seçki kampaniyasında Yeni Azərbaycan Partiyası seçicilərin qarşısına öz proqramı ilə çıxıb. Partiyamızın istək və arzuları, qarşısına qoyduğu məqsədlər bu proqramda öz əksini tapıb. Mən inanıram ki, seçicilər, hər zaman olduğu kimi, real işə qiymət verəcəklər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman vətəndaşların rifahının yaxşılaşmasına çalışır. Mən əminəm ki, seçicilər səs verərkən, hər zaman olduğu kimi, bu amili yüksək qiymətləndirəcəklər".

Digər xəbərlər