“Heç yana aparmayan yol. illüziyalar burulğanında” kitabının təqdimat mərasimi keçirilib
Dünən M.Ə.Rəsulzadə qəsəbəsində qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Binəqədi rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrlə qəsəbə sakinlərinin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, təbliğat-təşviqat kampaniyasına start verilən gündən rayonun müxtəlif ərazilərində tədbirlər keçirilir. O, rayon ərazisində olan 5 bələdiyyəyə 73 nəfərin namizədliyinin irəli sürüldüyünü vurğuladı. Onlardan 16-sı qadın, 15 nəfərinin isə gənc olduğunu bildirən təşkilat sədri müstəqil Azərbaycan dövlətinin özünü idərəetmə sistemində bələdiyyələrin əhəmiyyətli yeri və rolu olduğunu da diqqətə çatdırdı: "Ölkəmizdə bələdiyyələrin formalaşmasının hüquqi əsaslarının Ümumilli Lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Belə ki, Konstitusiyamızın 142-ci maddəsində göstərildiyi kimi, yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir".
N.Xəlilov onu da bildirdi ki, ölkəmizdə ilk bələdiyyə seçkilərinin keçirildiyi 1999-cu ildən bu günədək özünüidarəetmənin hüquqi bazası nəzərəçarpacaq miqyasda genşlənmiş və təkmilləşmişdir. Həmin zamandan bu günə qədər Yeni Azərbaycan Partiyası seçkilərdə iştirak edərək, xalqın böyük etimadını qazanaraq, bələdiyyə seçkilərində də aparıcı qüvvəyə çevrilmişdir. Binəqədi rayonu keçirilən seçkilərdə uğurlar əldə edərək, birincilər sırasında olmuşdur. Hər zaman olduğu kimi bələdiyyə seçkilərində də yüksək nəticəyə göstərməliyik.
N.Xəlilov partiya tərəfindən namizədliyi irəli sürülmüş namizədləri görüş iştirakçılarına təqdim etdi. Sonra o, M.Ə. Rəsulzadə qəsəbə sakinlərinə müraciət edərək, onları bu günə qədər keçirilən seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkilərində də xüsusi fəallıq göstərərək, partiyanın layiqli namizədlərinə səs verməyə dəvət etdi.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov qeyd etdi ki, Rəsulzadə qəsəbəsi müəyyən problemləri olan bir ərazidir. Bu problemlərin həlli istiqamətində bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, vətəndaşlarımızın rahatlığı naminə böyük işlər görülüb. Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasına olan inamını öz səsləri ilə bir daha nümayiş etdirir. Xalqımız Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına olan inamını bu dəfə də nümayiş etdirəcək. Millət vəkili hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Binəqədi seçicilərinin, bu dəfə də inkişafa - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini inamla bildirdi. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkisində namizəd kimi iştirak edən insanlar isə bu etimadı var gücünə, görəcəkləri işlərlə doğrultmağa çalışacaqlar.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Madər Musayev özünüidarətemə strukturunun ölkəmizdə 10 il öncə yaranmasına baxmayaraq, böyük inkişaf yolu keçdiyini qeyd etdi. Ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafdan danışaraq, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini vurğuladı: "Azərbaycanın bütün ərazisində inkişaf prosesi özünü göstərir. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurla icra olunması nəticəsində ölkəmizin bütün regionlarında dəyişikliklər nəzərə çarpır. Bu proqramın məntiqi davamı olaraq, hazırlanmış yeni Dövlət Proqramında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Təbii ki, bu proqramın uğurla nəticələnməsi üçün bələdiyyələrin də üzərinə böyük yük düşəcək. Çünki yerlərdə bu tədbirlərin həyata keçirilməsi səviyyəsi həmin bələdiyyələrin işinin effektindən də kifayət qədər asılı olacaq".
Tədbirdə rayon təşkilatının bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülən Samir Mirzəyev, Maarif Rzayev və başqaları çıxış edərək, ilk növbədə, görəcəkləri işlərdən danışaraq, partiya tərəfindən onlara göstərilən yüksək etimadı dekabrın 23-də keçiriləcək seçkilərdə qələbə qazandıqları halda, əhaliyə layiqli xidmət etməklə doğruldacaqlarına söz verdilər. Namizədlər, eyni zamanda, öz platformalarınıdan da danışdılar. Belə ki, ölkənin sosial-iqtisadi inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, quruculuq və abadlıq işlərinin aparılmasında, gənclərin və uşaqların asudə vaxtının səmərəli keçirilməsində bələdiyyə idman komplekslərinin tikilməsi işində səy göstərəcəklərini vurğuladılar.