PDF Oxu

Sosial

  • 10

2010-cu ilin dövlət büdcəsi yeni uğurlara yol açacaq

2010-cu ilin dövlət büdcəsi yeni uğurlara yol açacaq
Ötən həftə Azərbaycan Milli Məclisi 2010-cu ilin əsas iqtisadi qanunu olan dövlət büdcəsini təsdiqlədi. 2010-cu ilin dövlət büdcəsinin nəticələri barədə danışan millət vəkili Əli Məsimov bildirdi ki, hökumət 2010-cu ilin dövlət büdcəsi tərtib olunan zaman 2009-cu ilin büdcəsində buraxdığı səhvləri düzəltmək istiqamətində addımlar atdı: "İlk növbədə, onu qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman neftin qiyməti bazarda 40-50 ABŞ dolları ətrafında hərəkət edirdi. Amma hökumət, bilavasitə, 2009-cu ilin büdcəsində 1 barrel nefti 70 dollar götürmüşdü. Bu da 2009-cu ilin büdcəsinin yerinə yetirilməməsini açıq-aydın müəyyənləşdirən amil idi. Yəni, bizim tərəfdən bu istiqamətdə təkliflər də verildi. Neftin qiymətinin 70 dollar götürülməsinin nəticəsi də bu oldu ki, 2009-cu ilin büdcəsi, hardasa proqnozlardan 20 faiz az yerinə yetirilib. Bu isə o deməkdir ki, büdcə təşkilatları üçün nəzərdə tutulan vəsait özünün təyinatına görə, istifadə zamanı 20 faiz az alacaq. Bu da büdcədə nəzərdə tutulan, amma sonradan ödənilməyən borc vəsaiti mexanizmi vasitəsilə borc yaratmaqla yanaşı, büdcənin müəssisə və təşkilatları arasında borcların artmasına mənfi təsir göstərir. Amma 2010-cu il büdcəsi müzakirə olunan zaman neftin qiyməti dünya bazarında 80 dollar idi. Amma hökumət bunu 45 dollar götürdü. Ötən il dövlət büdcəsi müzakirə olunan zaman bazarda neftin qiyməti 40 dollar olanda, hökumət neftin qiymətini 80 dollar götürmüşdü. Bu il isə neftin qiyməti bazarda 80 dollardır. Büdcəni hesablayan zaman 1 barrel neftin qiyməti 45 dollar götürülüb. 2010-cu il dövlət büdcəsində Qazaxıstan 1 barrel neftin qiymətini 50, Rusiya 58 dollar götürüb. Əgər Azərbaycan Qazaxıstan və ya Rusiya variantından istifadə etsə, hardasa büdcəyə 170-200, ya da 400-450 milyon manat əlavə vəsait daxil ola bilər". Millət vəkili vurğuladı ki, regional layihələrin həyata keçirilməsində heç bir problem olmayacaq. Onun sözlərinə görə, iri layihələrin həyata keçirilməsinə investisiya vəsaiti kimi nəzərdə tutulan xərclərin aşağı düşməsinə baxmayaraq, yenə də 3,5 milyard manatdan artıq əlavə vəsait ayrılacaq. Öz təyinatına görə bu vəsaitdən istifadə olunsa, kifayət qədər böyük işlər görülə bilər: "Qlobal maliyyə böhranı Azərbaycanda iqtisadiyyatın hansı tərəfinə inteqrasiya güclüdürsə, həmin tərəfə güclü təsir göstərib. İnteqrasiyamız da ən güclü neft amilidir. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi neft şirkətinin gəlirlərinə təsir göstərir. Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin az artmasına, eyni zamanda, müxtəlif kanallarla büdcəyə daxil olan vəsaitin azalmasına gətirib çıxarır. Dünya bazarında neftin qiymətinin 1 dollar aşağı düşməsi və yaxud enməsi Azərbaycanın gəlirlərinin hardasa 220-250 milyon dollar dəyişdirir. Büdcə gəlirlərində isə, 30-35 milyard vəsaitin artmasına və ya azalmasına gətirib çıxarır. Dünya bazarında neftin qiyməti 80 dollar ətrafında hərəkət edir. Amma hökumət 1 barrel neftin qiymətini 45 dollar həddində götürüb. Proqnozların əksəriyyəti göstərir ki, 1 barrel neftin qiyməti 2010-cu ildə 45 dollardan yuxarı olacaq. Belə olan təqdirdə, büdcənin gəlirləri 10 milyard manatdan çox olacaq. Bu nöqteyi-nəzərdən yanaşanda, proqnozlaşdırılan büdcənin gəlirləri 10 milyard manat götürülsə də, real həyatda bu rəqəm çox olacaq. Bu da proqnoz göstəricilərinə görə büdcəyə təsir göstərir". İqtisadçı ekspert Aydın Hüseynov bildirdi ki, proqnozla müqayisə ediriksə, onda 2009-cu ilin proqnozları çox yüksək idi. Yəni, 1 barrel neft 70 dollardan götürüldüyünə görə, proqnozlar yüksək olub: "Ona görə də bütün sahələr üzrə azalmanın şahidi oluruq. 2010-cu ilin proqnoz göstəricilərini 2009-cu il dekabrın 31-nə gözlənilən nəticələrlə müqayisə etsək, onda investisiya üzrə göstəriciləri orta hesabla 25 faiz aşağı düşəcək. Başqa sahələrdə müəyyən dərəcədə enmələr olacaq, amma sosial sahə ilə bağlı hissələrdə enmə olmayacaq". A.Hüseynov onu da bildirdi ki, büdcədə neftin qiymətinin 45 dollar götürülməsi çox aşağı rəqəmdir. Çünki neftin qiyməti 55 dollardan aşağı düşməyəcək: "Büdcədə kəsir var. Ona görə də, bu ciddi məsələ olduğu üçün bunu neft sektorunun inkişafı ilə əlaqləndirmək olar. Çünki qeyri-neft sektorunda müəyyən qədər inkişaf olsa da neftin qiymətini aşağı salmaq düzgün deyil. A.Hüseynov onu da söylədi ki, qeyri-neft sektorunun xidmət sahəsində çox ciddi inkişaf var. Büdcə ilk dəfədir ki, 1 milyard 250 milyon kəsirlə təqdim olunub. Bu da gəlirlərin daxil olması, azalması, ilk növbədə, neftin qiyməti ilə əlaqədardır. 2010-cu ilin dövlət büdcəsinin ümumi maraqları ifadə etməsi uğurların inkişafının davamlı olacağını deməyə əsas verir.

Digər xəbərlər