PDF Oxu

Sosial

  • 8

GRBS və YAP Gənclər Birliyi-nin birgə əməkdaşlığı uğurla davam edir

GRBS və YAP Gənclər Birliyi-nin birgə əməkdaşlığı uğurla davam edir
Bu günlərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvləri YAP GB və GRBS(r) - nin birgə layihəsi olan "Siyasi PR" təlimlərində iştirakının birinci və ikinci (14-16 oktyabr və 2-5 noyabr) turu başa çatıb.
GRBS Tədris Mərkəzinin PR üzrə müşaviri Aytən Əliyeva  tədbiri açaraq təlim-kurslarının uğurla başa çatdığını bildirdi. O həmçinin YAP gənclərinin çox böyük elmi potensiala malik olduqlarını diqqətə çatdırdı. Daha sonra tədbirdə çıxış edən GRBS(r)  şirkətinin həmtəsisçisi və İdarəedici direktoru Bəhram Qurbanov 16 sentyabr 2004-cü ildə təsis edilən təşkilatın (G&R Business Services, MMC) fəaliyyət göstərdiyi sahələrdə regionun aparıcı və novator təşkilat olduğunu diqqətə çatdırdı. O, həmçinin, GRBS Tədris Mərkəzinin bir sıra sosial-ictimai layihələr həyata keçirdiyini və keçirməkdə olduğunu dedi. B.Qurbanov bu istiqamətdə olan tədbirləri, layihələri reallaşdırmaqda məqsədin ölkəmizin tək biznes həyatında yox, eyni zamanda sosial-ictimai həyatında da fəal rol oynamaqdan ibarət olduğunu vurğuladı:" Mən YAP-ın üzvü olduğuma görə fəxr edirəm, çünki bu partiyanın rəhbəri Müasir Azərbaycanın banisi olan, Ulu Öndər Heydər Əliyevdir. GRBS(r) öz sosial məsuliyyətini gözəl başa düşərək daima müxtəlif sosial təşəbbüslərlə ictimai həyatda aktiv rol oynamağa çalışır. Bu istiqamətdə GRBS(r) 2009-cu ilin aprel ayından etibarən VIP müştəri adlı yeni təşəbbüs həyata keçirməyə başlamışdır. Digər təşkilatlardan fərqli olaraq, bizim şirkət VIP anlayışını kökündən dəyişmişdir. Bizim ən vacib müştərilərimiz (VIP) internat məktəblərinin məzunları, uşaq evlərini tərk etmiş 16-24 yaşlı gənclərdir."
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin QHT-lərlə iş üzrə şöbə müdiri Səbuhi Abbasovun isə öz çıxışında keçirilmiş təlim-kursların gənclərin siyasi bilik və bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyətə malik olduğunu bildirdi: "Mən GRBS(r)  şirkətinin rəhbərliyinə, təlim kurslarını aparan mütəxəssislərə partiyamızın gəncləri adından öz dərin minnətdarlığımı bildirirəm. Bu hələ başlanğıcdır. Qarşıda gənclərimizi daha maraqlı təlimlər gözləyir"   Daha sonra YAP GB-nin sədr müavini Samirə Quliyeva çıxış edərəh Yeni Azərbaycan Partiyasının təbriklərini gənclərə çatdırdı. Bu tip tədbirlərin YAP gəncləri üçün mütəmadi keçiriləcəyini deyən S.Quliyeva uşaqlara uğurlar arzu elədi. Sonda "Siyasi PR" mövzusunda keçirilən təlim kurslarını uğurla başa vuran gənclərə GRBS(r)  şirkətinin sertifikatları təqdim olundu.

Digər xəbərlər