Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)
303. iyul 1993-cü ildə Cəbrayıl rayonunun mərkəzi "Qrad" qurğuları ilə atəşə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 11 nəfər yaralanmışıdır.
304. iyul 1993-cü ildə Ağdam rayonunun Şaybalı kəndi silahlı basqına məruz qalmış, nəticədə 7 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
305. iyul 1993-cü ildə Tərtər rayonunun mərkəzi atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
306. iyul 1993-cü ildə Fizuli rayonunun Qoçəhmədli kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
307. 22 iyul 1993-cü ildə Tərtər rayonunda mina partlayışı nəticəsində 4 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
308. 22 iyul 1993-cü ildə Qazax rayonunda mina partlayışı nəticəsində 5 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
309. 1993-cü ilin avqust ayında Hadrut rayonu Hoğa (indiki Üçbulaq) kəndinin 2 nəfər mülki sakini Zil markalı maşınla gedərkən şosse yolunda güclü partlayış baş vermiş və nəticədə onlar həlak olmuşlar.
310. 1993-cü ilin avqust ayında 12 nəfər kənd sakinləri olmuş PAZ-66 markalı avtobus Hadrut rayonu Hoğa kəndindən çıxarkən ermənilər avtobusu qumbara atanla vurmuş və nəticədə 4 nəfər həlak olmuş 8 nəfər ağır dərəcədə yaralanmışlar.
311. 13 avqust 1993-cü ildə Tovuz rayonunun mərkəzi "Qrad" qurğuları ilə atəşə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 7 nəfər yaralanmışıdır.
312. 25 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşlı kəndi silahlı basqına məruz qalmış, nəticədə 50 nəfər itkin düşmüşdür.
313. 31 avqust 1993-cü ildə Tovuz rayonunun Əlibəyli kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.
314. 1993-cü ilin sentyabr ayında Qazax rayonunun mərkəzi "Qrad" qurğuları ilə atəşə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 8 nəfər yaralanmışıdır.
315. oktyabr 1993-cü ildə Ağdam rayonunun Qərvənd kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur.
316. oktyabr 1993-cü ildə Gədəbəy rayonunun Qaravəllər kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
317. 25 oktyabr 1993-cü ildə Qazax rayonunun Fərəhli kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
318. 25 oktyabr 1993-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmənli kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.
319. 30 oktyabr 1993-cü ildə Zəngilan rayonu silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 2 nəfər itkin düşmüşdür.
320. 6 noyabr 1993-cü ildə Zəngilan rayonu silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 3 nəfər itkin düşmüşdür.
321. 10 dekabr 1993-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur, 2 nəfər ağır yaralanmışdır.
322. dekabr 1993-cü ildə Xocavənd rayonunun Ağburun Yüksəkliyi silahlı basqına məruz qalmış, nəticədə 9 nəfər həlak olmuşdur, 8 nəfər yaralanmışdır.
323. dekabr 1993-cü ildə Fizuli rayonunun Xaçınstroy kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur, 2 nəfər yaralanmışdır.
324. 24 dekabr 1993-cü ildə Tərtər rayonu silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur, 3 nəfər yaralanmışdır.
325. 24 dekabr 1993-cü ildə Fizuli rayonunun Yuxarı Yağlavənd kəndi silahlı basqına məruz qalmış, nəticədə 3 nəfər həlak olmuşdur, 28 nəfər yaralanmışdır.
326. 25 dekabr 1993-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.
327. 25 dekabr 1993-cü ildə Fizuli rayonu silahlı basqına məruz qalmış, nəticədə 49 nəfər həlak olmuşdur, 6 nəfər yaralanmışdır.
328. 25 dekabr 1993-cü ildə Tərtər rayonu silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur, 2 nəfər yaralanmışdır.
329. 25 dekabr 1993-cü ildə Qazax rayonunun Məzəm kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur, 2 nəfər yaralanmışdır.
330. 26 dekabr 1993-cü ildə Fizuli rayonu silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.
331. 27 dekabr 1993-cü ildə Goranboy rayonunun Gülüstan kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
332. 27 dekabr 1993-cü ildə Ağdam rayonunun Xaçınstroy kəndi silahlı basqına məruz qalmış, nəticədə 14 nəfər qətlə yetirilmişdir.
333. dekabr 1993-cü ildə Fizuli rayonu silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.
334. dekabr 1993-cü ildə Beyləqan rayonu ərazisindəki hərbi hissə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
335. dekabr 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışıdır.
336. dekabr 1993-cü ildə Qazax rayonunun Canalı kəndi silahlı basqına məruz qalmış, nəticədə 5 nəfər həlak olmuş, 14 nəfər yaralanmışıdır.
Həlak olanlar: 1250 nəfər
Yaralananlar: 1283 nəfər
İtkin düşənlər: 65 nəfər
MÜLKİ VƏ DÖVLƏT
OBYEKTLƏRİNƏ QARŞI TÖRƏDİLMİŞ TERROR AKTLARI
1. 20 sentyabr 1989-cu il tarixdə ermənilər Zod mədəninin Kəlbəcər rayonu Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanmış və həmin dövrdə dövlətə 28929 manat ziyan vurulmuşdur.
2. 7 oktyabr 1989-cu il Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay çayı üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Amramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.
3. 4 yanvar 1991-ci ildə Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran Ağdam yolunda körpünü partlatmışdır. Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək mümkün olmamışdır.
4. yanvar 1990-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Sədərək qəsəbəsində şərab zavodu partladılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər qətlə yetirilmiş, 23 nəfər yaralanmışdır.
5. 15 sentyabr 1990-ci il Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılmış, 2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəyyən edilməmişdir.
6. 12 yanvar 1991-ci ildə "Yevlax-Laçın" avtomobil yolunun 13-cü kilometrində 547 saylı hərbi hissəyə məxsus "UAZ" markalı avtomaşına silahlı basqın edilmiş, SSRİ DİN polkovniki V.Qriqoryev həlak olmuş, əsgər O.Konovalov yaralanmışdır.
7. 28 aprel 1991-ci ildə Şuşa şəhərində 2 beş- mərtəbəli bina dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanmışdır.
8. 11 oktyabr 1991-ci ildə Şuşa rayonun Nəbilər kəndi yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər partladılmışdır.
Həlak olanlar: 10 nəfər
Yaralananlar: 30 nəfər