PDF Oxu

Sosial

  • 9

KİV-lərə ayrılan maliyyə vəsaiti mətbuatın inkişafına müsbət təsir göstərir

KİV-lərə ayrılan maliyyə vəsaiti mətbuatın inkişafına müsbət təsir göstərir

Məlum olduğu kimi, Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə ayrılan maliyyə vəsaiti hesabına redaksiya əməkdaşlarının maddi durumunun yaxşılaşdırılmasına nə kimi yardımçı olduğunu düşünürsünüz? Ümumiyyətlə, redaksiyalar layihələrin icrasını həyata keçirməklə mətbuatın inkişafına nə kimi yeniliklər gətirəcək? Bu məsələ ilə bağlı olaraq, qəzet baş redaktorlarına müraciət etdik.

Rəşad Məcid, "525-ci" qəzetin baş redaktoru:

- Ümumiyyətlə, bu fondun yaradılması ona görə reallaşdı ki, qəzetlərin maliyyə vəziyyəti bir qədər ağır vəziyyətdə idi. Reklam bazarında bəzi problemlər və çətinliklər var idi. Ona görə də, cənab Prezidentimizin sərəncamı ilə sözügedən fond yaradıldı ki, KİV-lərdə olan bəzi problemlər öz həllini tapsın. Amma demək olmaz ki, bu fond yarandısa, qəzetlərin bütün maliyyə vəziyyətində yaxşılaşama olacaq. Ancaq ümumililikdə bu vəsait medianın iqtisadi vəziyyətinə hələ ki, təsir göstərəcək həcimdə deyil.
Sözügedən bu layihələr müxtəlif istiqamətlər əsasında işlənərək həyata keçirilir. Fikrimcə, burada çox maraqlı layihələr təşkil edir. Yəni ölkəmizin həyatına və cəmiyyətimizə müsbət fayda verəcək layihələr var. KİV-in özündə də müəyyən bir tərpənişlər hiss olunmaqdarır.

Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:

- Redaksiyamızın müxtəlif əməkdaşlarının adını layihələrə salırıq ki, bu da, təbii ki, onların maliyyə durumuna müsbət təsir göstərir. Mən Prezident yanında KİV-lərin İnkişafına Yardım Fondu tərəfindən mətbuata yardımların ayrılmasını müsbət qiymətləndirirəm. Bundan əlavə, hesab edirəm ki, bu, öz növbəsində, reketçiliklə məşğul olan qəzetlərin sıradan çıxmasına səbəb olacaq.
Vətənpərvərlik və marifçilik bu layihələrin əsasını təşkil edir. Bütün bunlar mətbutamızın inkişafına yeniliklər gətirəcək. Onu da qeyd edim ki, biz də layihəmizi uğurla icra edirik.

Nurəddin Heydərov, "Kaspi" qəzetinin baş redaktoru:

- Deyə bilmərik ki, redaksiya əməkdaşlarına tam şəkildə yardım göstəribdir. Bura təqdim etdiyimiz layihə çərçivəsində kimlər iştarak edibsə, onların maddi durumuna bu müsbət təsir edəcək. qəzetlər layihə çərçivəsində müxtəlif məqalələr dərc ediblər. Biz öz layihəmizə uyğun olaraq rayonlarda semnarlar keçirmişik. Bu baxımdan, əməkdaşlarımızın maddi durumunda müəyyən müsbət dəyişiklik olub.
Digər həmkarlarımızın keçirdiyi layihələrə nəzər yetirdikdə, görürük ki, marifləndirici məqalələrin, materialların sayı çoxalıb. Biz bazar nəyi tələb edirdisə, o cür yazıları verirdik. İndi isə qəzetlərdə nisbi dəyişikliklər var. İkinci tərəfdən də, hər zaman KİV-ində paytaxtda, paytaxt xəbərlərinə daha çox yer ayrılırdı, üstünlük verilirdi. Lakin hazırda əyalət, regionlar və regionlarda gedən proseslər qəzet səhifələrinə çıxarılır. Bu da müsbət haldır.

Digər xəbərlər