PDF Oxu

Sosial

  • 11

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)

76. 14 sentyabr 1991-ci ildə Ordubad rayonunun Qaranquş adlanan ərazisində 2 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
77. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndi yaxınlığında "Russkie borisi" kolxozuna məxsus "MAZ" markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuşdur.
78. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilmişdir.
79. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 1 nəfər qətlə yetirilmişdir.
80. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun Mesşen kəndi yaxınlığında "ZİL-131" markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuş və 1 nəfər ağır yaralanmışdır.
81. 20 sentyabr 1991-ci ildə Goranboy rayonun Todan və Erkec kəndlərində 2 nəfər qətlə yetirilmişdir.
82. 23 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 6 nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
83. 24 sentyabr 1991-ci ildə Ağdam rayonunun Abdal - Gülablı kəndi yaxınlığında "UAZ" markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışıdır.
84. 25 sentyabr 1991-ci ildə Xankəndi şəhəri yaxınlığında "UAZ" markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər milis işçisi həlak olmuş, 1 nəfər isə ağır yaralanmışdır.
85. 26 sentyabr 1991-ci ildə Şuşa şəhərində 1 nəfər qətlə yetirilmiş, 6 nəfər ağır yaralanmışdır.
86. 26 sentyabr 1991-ci ildə "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur.
87. 28 sentyabr 1991-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində 1 nəfər qətlə yetirilmişdir.
88. 29 sentyabr 1991-ci ildə Goranboy rayonunun Zeyvə kəndində 1 nəfər qətlə yetirilmişdir.
89. 01 oktyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndində 1 nəfər qətlə yetirilmişdir.
90. 03 oktyabr 1991-ci ildə Xocavənd rayonunda "UAZ" markalı avtomobil partladılmış, nəticədə 2 milis işçisi həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
91. 06 oktyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli kəndində 2 nəfər qətlə yetirilmişdir.
92. 08 oktyabr 1991-ci ildə Xocalı rayonu yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
93. 09 oktyabr 1991-ci ildə Kərgicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
94. 17 oktyabr 1991-ci ildə Ağdərə rayonun Baş Güneypərə kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
95. 18 oktyabr 1991-ci ildə Şuşa rayonun Qaladərəsi kəndində 1 nəfər qətlə yetirilmişdir.
96. 18 oktyabr 1991-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilmişdir.
97. 19 oktyabr 1991-ci ildə Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
98. 22 oktyabr 1991-ci ildə Orta Güneypərə kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışdır.
99. 26 oktyabr 1991-ci ildə Qazax rayonun Mazan kəndində 1 nəfər qətlə yetirilmişdir.

Ardı var

Digər xəbərlər