Bələdiyyə seçkilərində 24 min 126 nəfərin namizədliyi təsdiq edilib
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildiriblər ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Oktyabrın 29-na kimi 1718 bələdiyyə üzrə 24 min 126 nəfərin namizədliyi təsdiq edilmişdir. Onlardan 4677-si qadınlardır.
Namizədliyi təsdiqlənən şəxslərin 12 min 108-i ali təhsillidir.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 22 min 774 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərin 6854 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblərq 219 bələdiyyə üzrə 754 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 5877 nəfəri bitərəfləri, digərləri isə 26 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir.