Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsinin həyata keçirilməsi müvəffəqiyyətlə davam edir. Layihələrin hazırlanması zamanı birinji növbədə rayon İcra Hakimiyyəti Başçısının bilavasitə qəsəbə və yaşayış sahələrində apardığı səyyar qəbullar zamanı sakinlərin irəli sürdükləri rəy və təkliflər nəzərə alınmışdır.
Layihənin ijrasına rayonun əhalisinin sayı günbəgün artan və sürətlə inkişaf edən Badamdar qəsəbəsində başlanmış, buradakı 2 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmış, süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, kiçik yaşlı uşaqlar üçün əylənjə qurğular quraşdırılmış və həyətlər asfaltlaşdırılmışdır. Bibiheybət qəsəbəsində məhəllədaxili və qəbristanlıq yoluna asfalt salınmış, qaçqınların məskunlaşdığı "Şıx" sanatoriyasının damı təmir olunmuş, Badamdar qəsəbəsindəki Mədəniyyət evində məskunlaşmış 4 məcburi köçkün ailəsi üçün sanatoriyada otaqlar təmir olunaraq bura köçürülmüşlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahında əsaslı təmir işlərinə başlanmış, 20-ji sahədə Şəhid Yüzbəy Mürsəlovun yaşadığı evin yanında onun xatirə güşəsi yenidən qurularaq ətrafı abadlaşdırılmışdır.
Nəzərdə tutulmuş işlərə uyğun olaraq oktyabr ayının əvvəlində Badamdar qəsəbəsindəki İqor Ağayev küçəsi 5 ünvandakı həyətidə aparılan işlərə yekun vurulmuşdur. Burada 2 söhbətgah, 6 əyləncə qurğusu quraşdırılmış, həyətə 1000 kv. m. asfatl örtüyü salınmış, divarlan suvanaraq rənjlənmiş, binaların blok qapıları yeniləri ilə əvəz olunmuşdur. Həyətdəki ağaclar budanmış, yeni yaşıl örtük salınmışdır. Həyətdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulmuş, avtomobillərin sazlanması üçün 200 kv. m yerə beton örtüyü çəkilmişdir. Görülmüş işlər və onların keyfiyyəti sakinlərin sevinjinə səbəb olmuşdur.
Qeyd olunan həyətdə işlərin bitməsi ilə bərabər yeni həyətdə - Tofiq Məmmədov küçəsi, 21/7 ünvanda abadlıq qurujuluq işlərinə başlanmışdır. Bu həyətdə də xeyli işlərin görülməsi, həmçinin sakinlərin çoxsaylı mürajiətləri nəzərə alınaraq qəsəbədə xeyir-şər yerinin tikintisinə başlamaq planlaşdırılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-qurujuluq işləri çərçivəsində Badamdar qəsəbəsi, Neftçilər küçəsinin başlanğıjıqdakı bağda, Bakı şəhərindən jənub-qərb istiqamətində əsas çıxış yolunun keçdiyi 20-ji sahə dairəsində, onun yaxınlığındakı Veteranlar bağlında əsastı təmir və yenidənqurma işlərinə başlanmış və burada artıq xeyli iş görülmüşdür. Şəhərin mərkəzində abadlaşdırılajaq 80-a yaxın həyət müəyyən edilmiş və artıq 9 həyətdə təmir-abadlıq işləri başa çatdırılmışdır.
Yeni Azərbayjan Partiyası Səbail rayon təşkilatının binasının layihə sənədləri hazırlanmış, bina üçün yer müəyyən olunmuş və hazırda tikinti işlərinin başlanmasına hazırlıq görülür.