PDF Oxu

Sosial

  • 9

HAMIMIZIN VƏTƏNDAŞLIQ BORCU: TƏBİƏTİMİZİN MÜHAFİZƏSİ

HAMIMIZIN VƏTƏNDAŞLIQ BORCU: TƏBİƏTİMİZİN MÜHAFİZƏSİ

"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti İctimai Birliyi 2009 -cu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın təbiət abidələrinin, obyektlərinin tanıdılması və mühafizə edilməsi məqsədilə Azərbaycan, ingilis, rus dillərində kataloqun, internet saytın yaradılması, qısametrajlı sənədli filmin çəkilməsi" adlı layihə həyata keçirir.
Öncə qeyd etmək istərdim ki, son dövrlər ölkə başçısı Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatlarının inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycanda vətəndaş-cəmiyyətinin formalaşdırılmasına ölkəmizin beynəlxalq imicinin yaxşılaşdırılmasına, eləcə də üçüncü sektor - dövlət əməkdaşlığının inkişafına təkan vermişdir. Dövlət tərəfindən maliyyələşdirilən layihələr həyatımızın bütün sahələrinin əhatə etməklə, insanların ictimai fəallığının artmasına, sosial rifah halının yüksəlməsinə yol açmışdır.
"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərdiyi 10 ildən artıq müddət arzində sosial, təhsil, mədəniyyət, ətraf mühit, səhiyyə və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Bu layihələrin reallaşdırılması yalnız təşkilatın öz daxili imkanları hesabına baş tutmuşdur. Yuxarıda adını çəkdiyim layihə təşkilatımızın qrant hesabına həyata keçirdiyi ilk layihədir. Rəhbərlik etdiyim təşkilatın ekoloq-mütəxəssisləri bu layihəni xeyli müddətdir ki, hazırlamışdılar. Biz bu sahədəki problemləri bilir və onu aradan qaldırılması yollarını düşünürdük. QHT-lərə Dövlət Dəstəyi haqqında konsepsiya qəbul olunduqdan sonra bizim, eləcə də digər işgüzar, maraqlı, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan layihələrin qarşısında yaşıl işıq yandı. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ekspertləri layihəmizə müsbət rəy verdilər və layihənin həyata keçirilməsinə şərait yaratdılar. Onu da deyim ki, layihənin reallaşdırılmasına dövlət tərəfindən ayrılmış vəsaitlə yanaşı, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin daxili maliyyə imkanlarından da istifadə olunmuşdur.
Azərbaycan əsrarəngiz təbiətə malikdir. Onun təbii gözəlliyi zaman-zaman insanların diqqətini özünə cəlb etmiş, maraq oyatmışdir. Ölkəmizin ərazisindəki təbiət abidələri və obyektlərinin füsunkarlığı da dillər zəbəri olmuş, onun gözəlliyi dünyaya yayılmışdır. On illər boyunca minlərlə turist bu abidələri ziyarət etmək üçün Azərbaycana axışmışdir. Təsadüfi deyildir ki, həmin abidələr və obyektlər dövlət tərəfindən də mühafizəyə cəlb olunmuşdur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, əhalinin kifayət qədər məlumatlandırılmaması, maarifləndirilməməsi səbəbindən yaşı yüzillərlə ölçülən, dünyanın heş bir yerində analoqu olmayan, gözəlliyi, füsunkarlığı ilə göz oxşayan qiymətli təbiət abidələri və obyektləri məhv edilir, əhalinin adi məişət qayğılarının, iş adamlarının biznes ehtiyaclarının ödənilməsinə sərf olunur. Xalqın mənəvi sərvətləri maddi ehtiyaclara qurban verilir. Bu kimi faktlar təşkilatımızın mütəxəssislərinə bəlli olduqca, bizdə belə bir fikir yaranırdı ki, əhalidə, eləcə də müxtəlif infrastruktur layihələri həyata keçirən təşkilat rəhbərlərinin əllərində bu abidə və obyektlərin yerləşməsi və onların dövlət əhəmiyyəti daşıması barədə məlumat olmalıdır. Məlumatsızlıq səbəbindən unikal təbiət abədələri və obyektləri aşınmalara məhvə məruz qalır. Müasir dövrün qarşınıza qoyduğu ən mühüm vəzifələrdən biri də vətənimizi, onun maddi-mədəniyyət, mənəviyyat abidələrini qorumaq, tanıtmaq və gənc nəsilə sevdirməkdən ibarətdir. Bu, bizim hər birimizin vətəndaşlıq borcudur. Təbiətimizin qorunması, onun gələcək nəsillərə çatdırılması Azərbaycanın, eləcə də dünyanın ekoloji sisteminə verilən ən böyük ərməğandır. UNESCO və İSESCO -nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Hərəyə bir ağac əkək" kampanyası təbiətin qorunmasına yönəldilmiş zamanın və bəşəriyyətin tələbindən doğan ekoloji zərurətdir. Bəşəriyyət ekoloji problemlər məngənəsində sıxılır. Bu qlobal problem tələb edir ki, bəşəriyyətin hər bir sakini təbiətin qorunması işində fəal iştirak etsin. Əgər insanlarda təbiətə və onun abidələrinə məhəbbət hissi aşılanarsa, onlar təbiətin potensial mühafizəçisinə çevriləcəklər. Bunun isə ən optimal yolu əhalinin maarifləndirilməsindən keçir.
"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti qeyd olunan layihəni reallaşdırmaqla bu sahədəki problemləri nəzərə almış və maarifləndirmə işini qarşıya məqsəd qoymuşdur. Layihə çərçivəsində çap olunacaq kataloqun və www.tebietabideleri.az adlı saytın ingilis dilinə də tərcümə edilməsi dünya ictimaiyyətinin də diqqətini Azərbaycanın əsrarəngiz abidələrinə yönəltməkdir. Bu da, öz növbəsində, ölkəmizə turist axınının stimullaşmasına müsbət təsir göstərəcəkdir. Qeyd etmək istərdim ki, Azərbaycanın təbiət abidələrinin və obyektlərinin sırasına xüsusilə, qiymətli meşə sahələri, geoloji (poleotoloji) obyektlər, yaşı 200 ildən yuxarı olan ağaclar, şəlalələr, mağaralar, vulkanlar, dağ pilləkənləri və sairə daxildir. Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsində Gəncə, Samux, Naftalan, Yevlax, Qazax, Gədəbəy, Ağstafa, Göy-Göl, Goranboy, Tovuz, Şəmkir, Daşkəsən rayonlarındakı təbiət abidələri və obyektləri tədqiq olunmuşdur. Belə ki, layihənin işçi qrupu adı keçən rayonlarda olmuş, təbiət abidələrinin və obyektlərinin yerini müəyyənləşdirmiş, "Təbiət abidələri" adlı sənədli filmin çəkilişlərini və eyniadlı kataloqun nəşrini, www.tebietabideleri.az adlı saytın yaradılması işini başa çatdırmışdır. Təbiət abidələri və obyektlərinin, ümumilikdə, maddi - mədəniyyət abidələrimizi dünya ictimaiyyətinə tanıdılmasının ölkəmiz üçün mənəvi tərəfi olduğu kimi, maddi üstünlükləri də vardır. Məlum olduğu kimi dünyanın əksər dövlətləri öz büdcələrini turizmi inkişaf etdirməklə formalaşdırırlar. Bu gün Azərbaycanda turizmin inkişafı həm də təbiət abidələrimizin əsrarəngiz təbiətimizin təbliğindən çox asılıdır. Layihəni tərtib edərkən, nəzərdə tutmuşduq ki, kataloqda yalnız təbiət abidələri və obyektləri yer alsın. Lakin layihənin gedişində işçi qrupumuz rastlaşdığı tarixi abidələri də, onlar haqqında məlumatları da, daha geniş oxucu auditoriyasını əhatə etmək məqsədilə kataloqa daxil etdi. Eləcə də təbiət abidələrinin yerləşdiyi rayonların keçdiyi tarixi inkişaf yolu, sənayesi, iqtisadiyyatı, mədəniyyəti, kənd təsərrüfatı, əhalisinin məşğuliyyəti və s. də kataloqda yer aldı. Ümid edirik ki, bu layihə geniş ictimaiyyətin rəğbətini qazanacaqdır.

Digər xəbərlər