(Əvvəli ötən sayımızda)
BAKI METROPOLİTENİNDƏ TÖRƏDİLMİŞ TERROR AKTLARI
1. 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı "Sadval" Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
2. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş AR vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.
Həlak olanlar: 27 nəfər
Yaralananlar: 91 nəfər
SƏRNİŞİN DAŞIYAN DƏNİZ BƏRƏSİNDƏ TÖRƏDİLMİŞ TERROR AKTI
1. 08 yanvar 1992-ci ildə "Krasnovodsk-Bakı" sərnişin bərəsi partladılmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.
MÜKLİ ŞƏXSLƏRƏ VƏ
HƏRBİÇİLƏRƏ QARŞI
TÖRƏDİLMİŞ TERROR
AKTLARI
1. 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı kəndində X.İsmayılovun evi partladılmış, 3 nəfər həlak olmuşdur.
2. 1988-ci ilin yayında Xankəndi Uşaq xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşları tərəfindən xəstəxananın həyətində döyülərək qətlə yetirilmişdir.
3. iyul 1988-ci il tarixdə ermənilər tərəfindən Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə atılmış əl qumbarası nəticəsində iki partlayış hadisəsi baş vermiş və iki nəfər mülki şəxs yaralanmışdır.
4. 28.06.1989-cu il tarixdə ermənilər tərəfindən Bədərə kəndindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışlar.
5. 16 oktyabr 1989-cu il tarixdə iki nəfər Kərkicahan qəsəbə sakinləri evə qayıdarkən ermənilər tərəfindən qətlə yetirilmişlər.
6. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilmişlər.
7. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas kəndi yaxınlığında kənd sakini Babaşov qətlə yetirilmiş, azyaşlı X.Əliyev yaralanmışdır.
8. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ kəndində 9-cu sinif şagirdi T.Süleymanov qətlə yetirilmişdir.
9. 24 noyabr 1989-cu il tarixdə üç nəfər Qaradağlı kənd sakini qətlə yetirilmişdir.
10. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda Q.Ələsgərov, T.Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
11. 9 yanvar 1990-cı il tarixdə Qaradağlı kəndi, N.Nərimanov adına kolxozun sədri S.Bayramov qətlə yetirilmişdir;
12. 31 yanvar 1990-cı ildə Gədəbəy rayonuda A.Cəmilov, M.Vəliyev, A.Zeynalov, A.Qurbanov, İ.Hüseynov, F.Niftəliyev qətlə yetirilmişlər.
13. 8 mart 1990-cı il tarixdə iki nəfər Qaradağlı kənd sakini Vərəndəli fermasında qətlə yetirilmişdir.
14. 4 mart 1990-cı ildə erməni quldurları Qazax rayonunun Bağanis-Ayrım kəndində 7 nəfər dinc sakin diri-diri yandırılmış, 2 nəfəri yaralanmış, 13 yaşayış evi partladılmışdır. (cinayət işi 11709)
15. 24 mart 1990-cı il tarixdə Bakı şəhərindən Bağanis-Ayrım kəndinə qonaq getmiş, əslən Qazax rayonu Çaylı kənd sakinləri olan 3 nəfər mülki şəxs ermənilər tərəfindən qətlə yetirilmişlər(cinayət işi11709).
16. 28 mart 1990-cı ildə Kərməçataq kəndində bir neçə yaşayış evləri yandırılmış, mal-qara aparılmış, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin sədri V.Zeynalov qətlə yetirilmişdir.
17. 29 mart 1990-cı il tarixdə ermənilərin Tovuz rayonunun Əlibəyli kəndinə hücumu nəticəsində 3 nəfər yaralanmışdır.
18. 09 aprel 1990-cı ildə Qubadlı rayonunun Çayzəmi kəndində "UAZ-462" markalı 96-92 AQD dövlət nömrə nişanlı avtomobil partladılmış, nəticədə rayon sakini Ş.Həsənov həlak olmuş, N.Mehdiyev və T.Eyvazov yaralanmışdır.
19. 26 iyun 1990-cı ildə Gədəbəy rayonunun Göyəli adlanan ərazisində yerli sakinlər Nuriyev, Nağıyev və Orucov qətlə yetirilmişlər.