PDF Oxu

Sosial

  • 10

Nə üçün kəşmirlilər 27 oktyabrı Qara Gün hesab edirlər!

Nə üçün kəşmirlilər 27 oktyabrı Qara Gün hesab edirlər!
Sərhəd nəzarət xəttinin hər iki tərəfindəki və yer üzündəki kəşmirlilər 27 oktyabrı Qara Gün kimi qeyd edir və tarixlərinin ən Qara Günü hesab edirlər. Bu gün Hindistan, Hindistanın Müstəqillik Aktı və 1947-ci ildəki Bölünmə Aktına tamamilə məhəl qoymadan öz ordusunu Cammu və Kəşmirdə yerləşdirmişdi. Hindistan qoşunları, Maharaca Hari Sinq Doqranın qoşunları və Hindistan ekstremistləri ərazinin demoqrafik tərkibini dəyişmək məqsədilə iki ay ərzində üç yüz min kəşmirli müsəlmanı öldürmüşdülər.
Hindistanın Müstəqillik Aktı və 1947-ci ilin Bölünmə Planı təsdiq edirdi ki, Hindistan ingilis koloniyası iki suveren ölkəyə bölünürdü, Hindistan, hindlilərin üstünlük təşkil etdiyi ərazilər və Pakistan, müsəlmanların üstünlük təşkil etdiyi qərb əyalətləri və Şərqi Benqal.
Hindistan öz ordusunu Cammu və Kəşmirdə yerləşdirməklə, Haydərabad, Cunaqar və Kəşmirin Pakistana, yaxud Hindistana birləşmək seçimi verilən 3 müstəqil dövlətin gələcəyini qərarlaşdırmaq üçün göstərişləri pozmuşdu. Əksəriyyəti induslar olan, lakin müsəlmanların başçılıq etdikləri Heydərabad və Cunaqar zorla zəbt edildi. Kəşmir müsəlmanların çoxluq təşkil etdiyi dövlət idi və Pakistana birləşməyə meyili var idi, amma onun hindli başçısı kəşmirlilərin gələcəyini məhv etməklə ziddiyyətli razılıq sənədinə əsasən, onun Hindistana birləşdiyini elan etdi. Bir çox neytral müşahidəçilər Hindistan hökumətinin kütləvi şəkildə həm rəsmi , həm də beynəlxalq forumlarda elan etdikləri fakt olan sənədin mövcudluğunu inkar edirlər.
İlk gündən Kəşmir əhalisi Hindistanın qanunsuz zəbtini qəbul edə bilmirdi və 1948-ci ildə silahlı mübarizəyə başladı ki, bu da Hindistanı məcbur etdi ki, münaqişənin həll olunmasına köməklik axtarmaq üçün Millətlər Birliyinin Təhlükəsizlik Şurasına müraciət etsin. Təhlükəsizlik Şurası atəşkəsi, atəşkəs xəttində sərhədi, dövlətin silahsızlaşdırılmasını, dünya ictimyyətinin rəhbərliyi altında azad və qərəzsiz səsverməni dəstəkləyirdi. Baxmayaraq ki, atəşkəs və atəşkəs xəttində sərhəd salma yerinə yetirilib, lakin BMT-nin rəhbərliyi altında işğal olunmuş ərazinin azad və qərəzsiz demilitarizasiyası bu günə kimi həyata keçirilməmiş qalır. Sərhədin təyin edilməsinin nəticəsi olaraq Azad Cammu və Kəşmirin 83,807 kv. kilometrinin təyin edilməsinə baxmayaraq, Cammu və Kəşmirin təxminən 130000 kv. kilometr ərazisi Hindistana qaldı.
Hindistan rəhbərləri əvvəlcə söz vermişdilər ki, Millətlər Birliyi münaqişəni həll edəcək və Kəşmir xalqı isə müqəddəratını özü həll edəcək. Lakin Hindistan hökuməti sonradan onlar öz sözlərini yerinə yetirmədilər.
Kəşmir münaqişəsinin sülh yolu ilə həll edilməsi cəhdlərinin müvəffəqiyyətsizliyindən naümid qalan, zəbt olunmuş Kəşmirin camaatı öz müqəddəratını qorumaq üçün 1989-cu ildə kütləvi qiyama başladılar. Bu hərəkat az bir zaman içərisində gücləndi və Hindistan rəsmilərini divara sıxışdıraraq onları məcbur etdi ki, 2004-cü ilin Yanvar ayında Pakistanla danışıqlar stolu arxasında otursun. Danışıqlar prosesi 26 noyabr 2008-ci ildə Mumbay terror aktına kimi davam edirdi. Lakin Hindistan heç bir əsaslı sübutu olmadan bu hücumda Pakistanı və onun kəşfiyyat agentlərini ittiham etdi.
Xatırlatmaq lazımdır ki, Pakistan danışıqlar prosesində silahsızlaşdırma, özünü idarəetmə və birgə idarəetmə kimi müxtəlif təkliflər irəli sürməklə mühüm razılaşmalar əldə edilmişdi. Lakin Hindistanın öz fikrindən dönməyərək, məsələyəyanaşması bu yolda atılacaq müvəffəqiyyətli addımın qarşısında böyük sədd olaraq qaldı.
İşğal olunmuş ərazidə torpağın vəziyyəti dəyişməz olaraq qalır və danışıqlar prosesi Kəşmir xalqının Hindistan dövlətinin terrorizmindən rahat nəfəs almasına təminat yaratmır.
Qoşunlar son 20 ildə 92 mindən çox kəşmirlini öldürüb, 25 mindən çox qadını dul, yüz minlərlə uşağı yetim qoyub, on min kəşmirli qadına təcavüz edib.
Beynəlxalq Amnistiya, İnsan Hüquqları, Asiya müşahidəçiləri və başqa beynəlxalq ictimai təşkilatlar özlərinin daimi hesabatlarında beynəlxalq ictimai təşkilatlarda insan hüquqlarının pozulmasına dair öz münasibətlərini bildiriblər. Hətta Avropa Şurası Parlamenti 10 iyul 2008-ci ildə Starsburqdakı sessiyasında Hindistan hökumətini təcili olaraq ərazidə kütləvi məzarlığın müəyyən edilməsi məsələsini müstəqil və qərəzsiz yoxlanılmasına dair yekdilliklə qətnamə qəbul etdi.
Bütün bunlar kəşmirliləri 27 oktyabrı Qara Gün hesab etməyə məcbur edir. Müşahidəçilər Kəşmir xalqının əzablarını çatdırmaq, işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasını dayandırmaq və kəşmirlilərin səylərinə əsasən, Kəşmir münaqişəsini həll etmək üçün beynəlxalq ictimaiyyətə aydın mesaj göndərmək niyyətindədir. Bu, həm də Hindistanı sənəddə yazılanı oxumağa, torpağın reallığını qəbul etməyə və regiondakı xalqın böyük marağı üçün münaqişənin həllinə realistcəsinə yanaşmağı çağırmaq məqsədi daşıyır.

Digər xəbərlər