PDF Oxu

Sosial

  • 15

“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsası qoyuldu”

“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsası qoyuldu”
Məlum olduğu kimi, 18 oktyabrda Azərbaycan milli müstəqilliyinin bərpa olunmasının 18-ci ildönümü tamam olur. Lakin müstəqilliyimizin möhkəmlənməsi, müstəqil Azərbaycanın qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli müstəqillik tariximizin keçdiyi bu yolu və eləcə də ölkəmizin hazırkı siyasi-iqtisadi durumunu necə qiymətləndirirsiniz? Bu məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevə müraciət edtik.
- Azərbaycan 18 il ərzində çox şərəfli bir yol keçib. Yəni Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrü üç mərhələyə bölmək olar. Birinci mərhələ 1993-cü ilə qədər olan mərhələdir. Bu, Azərbaycanda siyasi qarışıqlıq və xaos mərhələsi idi. Ölkəmiz müstəqillik əldə eləsə də, bu müstəqilliyi qoruya bilmədi. Çünki il yarım ərzində bir neçə prezident dəyişdi. Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvələrində siyasi vəziyyət ağır idi.
İkinci mərhələ ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən 2003-cü ilə qədər olan mərhələdir. Üçüncü mərhələ bu günə qədər olan mərhələdir. Bu, Azərbaycan dövlətçiliyinin əsasının qoyulması mərhələsi adlandırılmalıdır. Yəni, əslində, 1993-cü ilə qədər Azərbaycan dövlətçiliyindən söhbət getmirdi. Hər şey küçələrdə və meydanlarda həll olunurdu və Azərbaycan ərazisi işğal olunmaqla davam edirdi. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlətçiliyin əsasları yarandı, yəni dövlət atributlarına hörmət gündəmə gəldi. İkincisi, Azərbaycan islahatlar dövürünə qədəm qoydu və bununla da, həm iqtisadi sahədə özəlləşdirmə gündəmə gəldi, həm də aqrar sahədə islahatlar gündəmə gəldi. Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladı. Ümumiyyətlə, Azərbaycan bölgənin lider dövləti olmağa başladı.
Üçüncü mərhələ isə 2003-cü ilin oktyabrından sonra bu günə qədər yəni son 6 il ərzində Azəbaycanda sıçrayışlı inkişaf və quruculuq mərhələsi adlandırmaq olar. Yəni ölkəmiz birdən-birə öz vəsaitlərini daxili infrastrukturunun formalaşmasına, regionların sosial iqtisadi inkişafına yönəltmişdir. Bir məsələni də nəzərinizə çatdırım ki, Azərbaycan keçmiş sovet ölkələrində yeganə dövlətdir ki, son 6 il ərzində, regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramı qəbul edilib. Bununla yanaşı, təhsil, mədəniyyət, ekologiya, ərzaq təminatı ilə bağlı da proqramlar qəbul edilib. Eyni zamanda, Azərbaycan quruculuq mərəhələsinə qədəm qoydu. Hazırda biz ölkəmizin hər yerində inkişafın, quruculuq-abadlıq işlərinin görülməsinin şahidinə çevrilmişik. Bununla yanaşı, ÜDM-in artımı müşahidə olunur, əhalinin sosial müdafiəsi gücləndirilir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkəmiz artıq Cənubi Qafqazda deyil, keçmiş sovet məkanında olan müsəlman və türk dövlətlərinin liderinə çevrilib.

Digər xəbərlər