MDB məkanında ilk dəfə yeni layihəyə - MDB ölkələrinin Gənclər Akademiyasına start veriləcək
Tanınmış Azərbaycan pianoçusu, beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə Minskidə mötəbər Yuri Başmet festivalında çıxış edəcək. Artıq dördüncü il keçirilən Beynəlxalq Yuri Başmet festivalı mədəniyyət həyatında həmişə maraqlı və əlamətdar hadisəyə çevrilir. Gənc istedadların adlı-sanlı sənətkarlarla bir səhnədə çıxış etmələri bu festivalı fərqləndirən bir cəhətdir. Builki festivalda MDB məkanında ilk dəfə yeni layihəyə - MDB ölkələrinin Gənclər Akademiyasına start veriləcəkdir. Akademiyanın professorları öz təcrübələrini səkkiz ölkəni təmsil edən tələbələrlə bölüşəcəklər. Onlar oktyabrın 10-da keçiriləcək yekun konsertində bir səhnədə çıxış edəcəklər. Başmet Festivalının ifaçılarını həmişə yüksək peşəkarlıq fərqləndirir. Bu dəfə də proqrama tanınmış musiqiçilərin - SSRİ xalq artisti Viktor Tretyakovun (skripka), tanınmış pianoçu və bəstəkar, Köln Ali Musiqi Məktəbinin professoru Vasili Laboçovun (Almaniya), Madrid və Detmolt ali musiqi məktəblərinin professoru, altçalan Dimut Poppenin (Almaniya), violonçelçan Aleksandr Buzlovun (Rusiya), Londondakı Kral Musiqi Akademiyasının fortepiano kafedrasının professoru Kristofor Eltonun, tanınmış violonçelçalan, SSRİ xalq artisti Natalya Qutmanın, beynəlxalq müsabiqələr laureatı, pianoçu Rostislav Krimerin və "altın Paqaninisi" sayılan Yuri Başmetin adları salınmışdır.
Festival günləri əsil musiqi xiridarları beş simfonik orkestrin ifasını dinləyəcəklər. "Novaya Rossiya"dan başqa, dinləyicilər qarşısında Yuri Başmetin rəhbərliyi ilə "Qremmi" mükafatı sahibi "Solisti Moskvı" kamera ansamblı çıxış edəcəkdir. Tanınmış kollektivin çıxışı oktyabrın 11-də festivalın bağlanış günü olacaq.
IV Beynəlxalq Yuri Başmet Festivalının əsas təşkilatçıları Belorus Mdəniyyət Nazirliyi və Minsk şəhər İcraiyyə Komitəsidir. Festival ilk Belorus hökumətinin qərarına əsaslanır.