PDF Oxu

Sosial

  • 12

Parlamentin bir qrup deputatı Yunanıstana səfərə yola düşəcəklər

Parlamentin bir qrup deputatı Yunanıstana səfərə yola düşəcəklər
Milli Məclis mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatda bildirilir ki, oktyabrın 8-də parlamentin bir qrup deputatı ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün Yunanıstanın Afina şəhərinə səfərə yola düşəcəklər. Verilən məlumata görə, Milli Məclisin sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov və İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova ATƏT PA-nın payız sessiyasında iştirak edəcək. Sessiyada "Enerji təhlükəsizliyi və ətraf mühit" mövzusuna həsr olunmuş hazırki parlament konfransında "Regional əməkdaşlıq və enerji təhlükəsizliyi", "İqlim və ətraf mühit sahəsinə dair siyasət - Kopenhagenə doğru", "İnsanın təhlükəsizliyinin təmin edilməsi üçün təbii ehtiyatlardan optimal istifadə" mövzuları ətrafında çıxışlar dinləniləcək, diskussiyalar aparılacaq. Daimi komitənin iclasında isə ATƏT-in Aralıq dənizi regionuna münasibətində perspektivlər və çağırışlar, həmçinin, həmin bölgədə ticarət və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Tədbirlərdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətinin üzvləri çıxış edəcək, müzakirəyə çıxarılan məsələlərə münasibətdə ölkəmizin mövqeyini açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Səfər oktyabrın 14-də başa çatacaq.

Digər xəbərlər