PDF Oxu

Sosial

  • 9

ATİB Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi ilə əməkdaşlığı genişləndirir

ATİB Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi ilə əməkdaşlığı genişləndirir
ATİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Avropa İttifaqı və MDB ölkələrinin iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Konfransda "Qlobal iqtisadi və maliyyə böhranı kontekstində Avropa və Asiya ölkələri arasındakı iqtisadi əməkdaşlıq" mövzusunda çıxış edən Ahmet Erentok bildirib ki, Asiya və Avropa bir-biri, eyni zamanda dünya üçün həlledici və getdikcə artan iqtisadi, siyasi və mədəni əhəmiyyətə malikdir. A.Erentok qloballaşmanın müəyyən imkanlar yaratmaqla yanaşı, bir sıra problemlər meydana gətirdiyini də qeyd edib.
"Bu gün qarşımızda duran ən mühüm məsələ beynəlxalq maliyyə böhranından xilas olmaqdır. Böhranın gətirdiyi əsas problemlərdən biri işsizlikdir. Hesab edirəm ki, indiki vəziyyətdə kiçik və orta biznesin inkişafı işsizlik probleminin həlli üçün çox aktual və unikal üsuldur", - deyə ATİB rəhbəri bildirib.
Xüsusi ilə Avropanın sənaye, investisiya mənzərəsində pessimist görüntülərin öz əksini tapdığını deyən A.Erentok əlavə edib ki, bu mənzərə əsas da bir sıra bahalı ölkələrdə bəzi sənaye sahələrindən sürətlə uzaqlaşmada özünü göstərir.

Digər xəbərlər