Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Bu barədə SİA-ya Yunanıstanın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Balabəy Süleymanov məlumat verib. Məlumata görə, sözügedən konfrans QİƏT-nın Bakıda təşkil olunacaq XİN-nin toplantısı çərçivəsində keçiriləcək. Konfransda iştirak etmək məqsədilə Yunanıstan, Türkiyə və Albaniyadan olan geniştərkibli nümayəndə heyəti Bakıda səfərdə olacaq. Qeyd edək ki, bu ilin oktyabr ayının 21-də Azərbaycan dövlətinin QİƏT-a sədrlik müddəti başa çatır.