PDF Oxu

Sosial

  • 7

Mətbuat Şurasında dəyirmi masa keçirilib

Mətbuat Şurasında dəyirmi masa keçirilib
Dünən Mətbuat Şurasının(MŞ) təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinə dəstək: mövcud prinsiplər və alternativlik" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Şuranın ofisində təşkil olunan tədbirdə KİV-ə dəstəyin dünya təcrübəsində rast gəlinən xüsusiyyətləri, bilavasitə dövlət dəstəyinə dair forma və prinsiplər, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti və digər cəhətlər müzakirə edilib. Tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, bu gün bir sıra Avropa ölkələrində mətbuat dövlət tərəfindən maliyyələşdirilir. Onun sözlərinə görə, bəzi ölkələrdə region mətbuatına xüsusi diqqət göstərilir. Bir sıra dövlətlərdə əlavə dəyər vergisinin olmadığını deyən MŞ-nin sədri bu məsələ ilə bağlı Şurada müzakirələrin aparıldığını bildirib. O söyləyib ki, dəyirmi masanı keçirməkdə məqsəd bu məsələni beynəlxalq təşkilatlarla müzakirə etməkdir. Dəyirmi masada çıxış edən millət vəkili, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov KİV-in müstəqil inkişafından, informasiyanın obyektiv, qərəzsiz çatdırılmasından geniş söhbət açıb. O bildirib ki, informasiya o zaman qərəzsiz olur ki, onun heç bir maliyyə asılılığı olmasın, müstəqil olsun. O söyləyib ki, bütün dövlətlərdə rəsmi qəzetlər fəaliyyət göstərir. Azərbaycanda rəsmi qəzetin "Azərbayan" qəzetinin rəsmi olduğunu deyən Baş redaktor qəzetin dövlət büdcəsindən maliyyələşmədiyini vurğulayıb. Daha sonra tədbirdə ATƏT-in Bakı ofisinin demokratizasiya şöbəsinin müdiri Jaklin Karpanter Azərbaycanda KİV-lərə edilən dəstək haqqında öz fikirlərini bildirib. Onun fikrincə, mətbuatın fond tərəfindən maliyyələşməsi onlarda arxayınçılıq yaradır. O bildirib ki, Fondun yaranması medianın inkişafı üçün lazımlıdır, lakin media özü - özünü maliyyələşdirməyi bacarmalıdır. Azərbaycanda biznes-media mədəniyyətinin inkişaf etmədiyini deyən J.Karpanter vurğulayıb ki, KİV-ə dövlət Dəstəyi Fondunun yaradılması həmin biznes-medianın inkişafını sürətləndirəcək. O çıxışının sonunda MŞ-sı və Fond ilə əməkdaşlıq edəcəklərini də söyləyib. Qeyd edək ki, toplantıda KİV redaktorları və jurnalistlər də iştirak ediblər.

Digər xəbərlər