“Jurnalist peşəkarlığının artırılmasında maarifləndirmə”
Dünən Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun ayrıdığı maliyyə vəsaiti çərçivəsində "Jurnalist peşəkarlığının artırılmasında maarifləndirmə" mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Həsən Qarayev problemin qoyuluşu, layihənin məqsədi, vəzifələri, görüləcək işlər barədə geniş məlumat verdi.
O, qeyd etdi ki, layihənin ən ümdə məqsədi KİV əməkdaşlarının peşəkarlığının artırlmasına yardım göstərməkdir: "Layihənin əsas vəzifəsi KİV-in konstruktiv fəaliyyətinin təmin edilməsinə, mətbuatın fəaliyyəti ilə bağlı normativ-hüquqi bazanın yaradılması və ya təkmilləşdirilməsi işində aktiv iştirak etmək və KİV əməkdaşlarının hüquq və azadlıqlarının müdafəsinə nail olmaqdır. Hesab edirəm ki, layihə çərçivəsində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək".
H. Qarayev onu da söylədi ki, layihə çərçivəsində KİV, jurnalist təşkilatları zəngin bilgi və materialllar əldə edəcək və müvafiq peşə davranışlarını mənimsəyəcəklər.
Təşkilat sədri gözlənilə nəticələrdən danışarkən qeyd etdi ki, layihənin icrası prosesində yüzlərlə jurnalist üçün maarifləndirici təsbirlər həyata keçiriləcək, problemlərlə üzləşən jurnalistlər və qəzetlər daim diqqət mərkəzində saxlanılacaq və mütamadi təbliğat işləri aparılacaq.
H.Qarayev jurnalistləri maraqlandıran sualları da cavablandırdı.