PDF Oxu

Sosial

  • 9

Dövlət mətbuatın inkişafını diqqət mərkəzində saxlayır

Dövlət mətbuatın inkişafını diqqət mərkəzində saxlayır

Məlum olduğu kimi, bir neçə gün bundan öncə Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarının təqdim etdiyi layihələrin qaliblərinin adlarını açıqlayıb. Fondun bu istiqamətdə atdığı addımı necə qiymətləndirirsiz? Bu və digər suallarımızla qalib olan qəzetlərin baş redaktorlarına müraciət etdik.

Cəmmalədin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

- Təbii ki, həm mətbuat işçisi, həm də layihəsi qalib olmuş kütləvi informasiya vasitəsinin rəhbəri olaraq bu fondun yaranması məni sevindirir. Hesab edirəm ki, bu, Azərbaycan mətbuatının daha da yaxşı inkişaf etməsi üçün atılmış addım çox müsbət haldır. Ümüd edirik ki, bu dəstək davamlı olacaq və bu fondun yaradılması mətbuatımızın inkişafına çox böyük dəstək olacaq.
Fikirimcə, fondun yaradılması mətbuat üçün maddi dəstəkdir. Bildiyimiz kimi, qəzetlərimizin maddi vəziyyəti bir o qədər də ürəkaçan deyil. Ona görə də, fondunun yaranması qəzetlərin maddi probleminin aradan qaldırılmasına yeni imkanlar yaradacaq. İndiki vaxtda qəzetlərimizin reklam gəlirləri az olduğuna görə, qəzetlərin maddi vəziyyəti də çətinlik içərisində olur. Çox təəssüflər olsun ki, bunun səbəbi həmin reklam şirkətlərinin telekanalara, radiolara üz tutrmalarıdır.
Bu, hamıya məlumdur ki, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fonduna ancaq ciddi və peşə etikasına əməl edən qəzetlər layihələr verə bilər. Qeyd etməliyəm ki, reketçiliklə məşğul olan qəzetlər bu fonda öz layihələrini verə bilməzlər. Ona görə də, məhz ciddi mətbuat hər zaman dövlət tərəfindən maddi baxımdan dəstəklənir və bu da reket qəzetlərin sıxışdırılaraq, sıradan çıxmasına səbəb olur.

Aydın Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Mətbuatın İnkişafı istiqamətində belə addımın atılması müsbət bir haldır. İlk öncə, onu qeyd etmək istərdim ki, bu müsabiqə müstəqil Azərbaycanın tarixində dövlət büdcəsindən qəzetlərə, agentliklərə ayrılan ilk maliyyə vəsaitidir. Bu müstəqilik tarixində, ilk hadisə olaraq, çox böyük dəyərə malikdir. Fikrimcə, sözü gedən müsabiqənin həyata keçirilməsi zamanı bəziləri bu müsabiqənin nəticələrindən narazı qaldılar. Amma etiraf etmək lazımdır ki, bu hal KİV-lər arasında çox yaxşı bir rəqabətin başlanğıcı olacaq. Yəni bu müsabiqədə qalib gəlməyən və yaxud qazandığı məbləğdən razı qalmayan kütləvi informasiya vasitələri gələn növbəti illər üçün öz fəaliyyətlərində mümkün qədər pozitiv dəyişikliklər etməyə və daha böyük məbləğləri udmağa cəhd gösrərəcəklər. Dövlət büdcəsindən mətbuatın inkişafına müsabiqə yolu ilə vəsaitlərin ayrılması üçün atılan bu addıma görə cənab Prezident İlham Əliyevə minətdaram. Şübhəsiz ki, müstəqil Azərbaycanın tarixində ilk belə müsabiqənin keçirilməsi cənab İlham Əliyevin adı ilə bağlıdır.
Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bizim KİV-lərimiz üçün müsbət bir rol oynayacaq. Bu fondun yaradılması haqqında bəzi dairələrdə fikirlər səsləndirilməyə başlayıb ki, guya belə bir fondun yaradılması Azərbaycan mətbuatının müstəqilliyinə mənfi təsir göstərəcək. Bundan əlavə, mətbuatın dövlət tərəfində tam nəzarətə götürülməsinə şərait yaradacaq, azad mətbuatın inkişafına məneçilik törədəcək və. s kimi söz-söhbətlər bu fond barəsində yayılmışdır. Amma fikrimcə, bütün hallarda fond mətbuatın inkişafında müsbət rol oynayacaq. Çünki bu gün Azərbaycan mətbuatının ən ciddi problemlərindən biri onun maliyyə təminatının zəif olmasıdır. Dövlətin Mətbuata Kömək Fondunun yaradılması bütün hallarda təqdirəlayiq haldır.

Digər xəbərlər