PDF Oxu

Sosial

  • 12

Avropa müsəlmanlardan niyə qorxur?

Avropa müsəlmanlardan niyə qorxur?
Bu dəfə daha dramatik vəziyyətə düşən və qorxulu bir oyunun içində olan bütün Yaxın Şərqin müsəlmanlarından yazacağıq. Yenə də böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin "Dəlinin qeydləri" adlı bir povesti yadıma düşdü. Deyəsən, keçən yazılarımda da bu kişidən sitatlar gətirmişdim. O zamanlar, yəni A. S. Puşkinin vaxtındakı Rusiyada xırda dövlət dəftərxanasında çalışan Popruşkin adlı bir cavan məmur öz rəisinin qızına aşiq olur. Lap Romeo və Cülyetta kimi. Bu, elə dəli-divanə imiş ki, ətrafdakı hər kəsin dilində əzbərə çevrilibmiş. (Eh, hanı indi elə Romeo və Cülyettalar. İndiki məhəbbətlərin ömrü elə bir-iki saatlıq "məhəbbətdən" o yana keçmir. İndi "əsil məhəbbət" internet kafelerdəki tanışlıqlar üzərində qurulur. Əvvəl necə idi, indi necə?!) Amma yazıq Popruşkinin qara günləri də elə o vaxtdan başlayır. Ona görə yox ki, o, rəisinin qızının dərdindən divanə olub Məcnun kimi düşür səhralara, yox. Məsələ burasındadır ki, Popruşkinin rəisinin qızına olan məhəbbəti nakam başladığı kimi, nakam da qurtarır. Yazıq Popruşkin də ömrünün sonuna qədər sayıqlayaraq, özünü İspaniya kralı adlandırırmış. İndi keçək müsəlmanların Avropa sevdasına.
Başlayaq Türkiyədən. Müsəlman dünyasının bir parçası olan Türkiyənin də, neçə illərdir ki, Avropa Birliyinə daxil olmaq üçün çapalaması və bunun müqabilində avropalıların ona qapını göstərmələri elə Popruşkinin əhvalatına bənzəyir. Pis çıxmasın, bu vəziyyətdə Türkiyə Puşkinin Popruşkini, Avropa isə rəis qızına bənzəyir. Türkiyə uzun müddətdir ki, bütün səviyyələrdə bu məsələnin onun xeyrinə həll olunması üçün çapalayır, amma çifayda ki, bütün Avropa liderləri səs-səsə veriblər ki, bəs dünya dağılsa da, Türkiyənin Avropa Birliyinin qapısından içəri keçməsi qəti olmaz! Balam niyə? Axı bu Türkiyə NATO-nun başlıca qüvvəsi, Şərqdə bir Qərb modelli dünyəvi dövlətdir ki, var. Bunlar üçün öz maraqları və bir də Şərqdəki müsəlmanların sivil inkişafından qorxmaq var. Konkret olaraq, Türkiyəni bir sıra məsələlərə görə "divara dirəyən" Avropa Birliyi, elə məsələlərdən dəm vurur və rəsmi Ankaranı elə şərtlər qarşısında qoyur ki, adamın matı-mutu quruyur. PKK-dan tutmuş bir sıra daxili "kozırlara" qədər Türkiyə üçün son dərəcədə həssas məqamların simini tərpədən Qərb, bununla, rəsmi Ankaranı öz şərtlərinə təzim etdirməyə çalışır. Amma bir fakt var ki, avropalılar Türkiyəni heç vaxt bu qurama yaxın qoymayacaqlar!
Onlar Şərqdəki müsəlmanlardan yaman qorxurlar. Əgər belə olmasaydı, neçə onilliklərdir ki, Fələstinin əlinə silah verib İsrailin üstünə qaldırmazlar. Onlar bununla həm musəlmanları nəzarətə götürür, həm inkişafdan saxlayır, həm cəhalətə sürükləyir və ən əsası da, həm də silah bazarları üçün yeni imkanlar yaradırlar. Fikir verin, Yaxın Şərqdə inkişafdan əsər-əlamət yox, fələstinlisi, iraqlısı, başqaları ancaq əllərində paslı silahlar, saqqal üzü basıb gedir, geyim yox, adam kimi yaşamaq da sadəcə xəyallarda ola bilər. Niyə? Çünki bunları müxtəlif ideyalar altında ideoloji kütləyə çevirib bir-birinə qırdırır, silah bazarı yaradır, müsəlmanları inkişaf və təhsildən geri salırlar. Sanki Şərqdəki müsəlmanlar ancaq bunun üçün yaranıblar. Fələstində iki qruplaşma yaradıb, bir-birinə qırdırırlar. Mahmud Abbasla "Həmas"ı üz-üzə qoyub bütün Fələstini qarışdırırlar. Elə Əfqanıstanı götürək. Orada elə kənd-şəhər var ki, heç televizor üzü görməyib, nəinki kompüter və informasiya texnologiyalarından xəbərdar olsunlar. Yenə palçıqlı daxmalarda səfalət və cahillik içində yaşayan, yenə silah qundağı ilə saqqalındakı bit-birəni təmizləyən bədbəxt əfqanlar. Onlar Avıropadakı saraylarda kübar həyat yaşayan qərblilər üçün sadəcə silah bazarından milyonlar qazanmaq vasitəsidirlər. Onlar "Taliban"ı əldə bir silah bazarı kimi saxlayır, müsəlmanlar isə onların quluna çevrilirlər. Budurmu aristokrat və demokratik Avropa? Deməli, avropalılara aristokrat həyat, müsəlmanlara isə cahillik və palçıqlı daxmalar nəsib olmalıdır. Bu, bir həqiqətdir, özü də 21-ci əsrin əsil həqiqəti!

Digər xəbərlər