PDF Oxu

Sosial

  • 16

Məşğulluq problemi tam həll edilmək üzrədir

Məşğulluq problemi tam həll edilmək üzrədir
Azərbaycanda son 5 il yarımda uğurla davam etdirilən iqtisadi siyasət xətti ölkənin hər bir vətəndaşının maddi rifah halının daha da yaxşılaşdırılmasına, dünya iqtisadiyyatına sıx inteqrasiyaya geniş imkanlar açıb. Ölkənin təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən milli mənafelərimizə uyğun şəkildə istifadə edilməsi, irimiqyaslı qlobal layihələrin həyata keçirilməsi sahəsində böyük nəticələr əldə edilib. Belə iqtisadi layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycan yerləşdiyi regionda lider dövlət statusunu qoruyub saxlayır.
Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artıb. Qeyri-neft sektorunda isə artım 4,1 faiz təşkil edib ki, bu da ümumi inkişaf tempindən yüksəkdir. Bu onu göstərir ki, ölkə iqtisadiyyatı neft amilindən getdikcə daha az asılı olur.
"İlin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edib, bütün sosial proqramlar həyata keçirilib. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilib. Ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb və orta hes abla hər bir ailəyə 100 manat yardım göstərilib. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir"- Prezident İlham Əliyev bildirir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 36 min 565 yeni iş yeri açılmıb. Bu müddət ərzində iş yerlərinin 13,3 faizi yeni, 15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa edən müəssisələrdə, 70,6 faizi isə fiziki şəxslər tərəfindən açılıb. Yeni açılan iş yerlərinin 71,1 faizinin regionların payına düşməsi aparılan iqtisadi siyasət strategiyasının məqsədyönlülüyündən xəbər verir.
Makroiqtisadi nailiyyətlər müxtəlif sahələrdə sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır.
Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.
Beləliklə, bu ilin 7 ayının makroiqtisadi nəticələri göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Cari ilin yekun nəticələrinin isə daha yüksək olacağına heç bir şübhə yoxdur. Azərbaycan qlobal böhran şəraitində belə inkişaf edirsə, dünya böhranı başa çatdıqdan sonra ölkəmizin hansı sürətlə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin deyil.

Digər xəbərlər