PDF Oxu

Sosial

  • 4

Türkiyə və Azərbaycan xalqları ortaq gələcək qurmalıdırlar

Türkiyə və Azərbaycan xalqları ortaq gələcək qurmalıdırlar
Türkiyədə keçirilmiş sorğuda qardaş xalqın ən dost ölkə kimi Azərbaycanı gördüklərini şərh edən Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Həsən Kanbolat bildirib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq və rifah zəminində təkcə dövlət və hökumət təmsilçilərini deyil, xalqları da əhatə edəcək ortaq bir gələcək qurulmalıdır.
Həsən Kanbolat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycan dövlət başçıları və hökumətlər səviyyəsində mükəmməl əlaqələr qurmuşlar. Bu əlaqələr iş adamlarının töhfələri ilə də uğurla inkişaf etməkdədir. Ticarətin həcmi 2 milyard dollardan artıq olsa da, bu rəqəm real potensialdan aşağıdır. Rəsmi Ankaranın Türkiyə qeyri-hökumət təşkilatlarının Azərbaycandakı fəaliyyətinə daha çox dəstək verməsinin zəruriliyini vurğulayan ORSAM-ın rəhbəri əlavə edib ki, bunun sayəsində Türkiyə ziyalıları və siyasətçiləri qardaş ölkəni daha yaxından tanıyacaqlar. Bu gün azərbaycanlılar türk dilini öyrənmək üçün böyük səylər göstərirlər. Amma, türklər Azərbaycan dilini öyrənməyə o qədər də çalışmırlar. Türkiyəyə gələn azərbaycanlı turistlərin sayı artmaqda davam etsə də, Azərbaycana gedən türk turistlərin sayı çox azdır. Türkiyə vətəndaşları qardaş ölkəyə əsasən biznes, yaxud hökumət xətti ilə gedirlər. Bütün bu amillər onu göstərir ki, iki qardaş xalq daha sıx əməkdaşlıq edərək ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdırlar.

Digər xəbərlər