PDF Oxu

Sosial

  • 9

“Palıdlı” nekropolunda daha bir qəbir aşkar edilib

“Palıdlı” nekropolunda daha bir qəbir aşkar edilib
Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntı zamanı nadir tarixi materiallar aşkarlanmışdır. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Aran və Dağlıq Qarabağ ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadığını bir daha təsdiq edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərov bildirib ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid daha bir qəbir aşkar edilmişdir. Tayfanın varlı üzvlərindən birinin dəfn olunduğu ehtimal edilən qəbirdən muncuqlar, 13 müxtəlif saxsı qab aşkar olunmuşdur. Amma arxeologiya elmi üçün əhəmiyyətli tapıntı tunc qazan və dəstəyi tuncdan, tiyəsi dəmirdən olan xəncərdir. Xocalı-Gədəbəy mədəniyyətinin 2-ci inkişaf mərhələsinə aid bu tapıntılar qazıntı aparılan ərazidə eramızdan əvvəl XIV-XIII əsrlərdə, yəni son tunc və ilk dəmir dövründə yaşayış olduğunu, sənətkarlığın formalaşdığını təsdiqləyir. Ən maraqlısı isə "Palıdlı" nekropolunda tapılan arxeoloji materialların 1896-cı ildə rus arxeoloqu İvanovskinin Ağdərə rayonundakı Gülyataq-Canyataq abidələrində aşkar etdiyi materiallarla oxşar olmasıdır.
Heç bir yerüstü əlamətə malik olmayan torpaq qəbirlərdən ibarət nekropol Qarabağda ilk dəfə aşkar edilir. Bundan əvvəlki axtarışlar zamanı daş qutu qəbirlər, sərdabələr, kurqanlar aşkar edilib öyrənilib.
Professor Hidayət Cəfərov, bildirib ki, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə, antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin ermənilərə deyil, məhz Azərbaycan xalqına məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur.
 "Palıdlı" nekropolu ilə yanaşı, digər ərazilərdə də qazıntılar davam etdiriləcək. Aparılan tədqiqatlar Qarabağın zəngin tarixinə yeni töhfələr verəcək.
Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntı zamanı nadir tarixi materiallar aşkarlanıb. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Aran və Dağlıq Qarabağ ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadığını bir daha təsdiq edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərov bildirmişdir ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda e.ə. XII-XI əsrlərə aid daha bir qəbir aşkar edilmişdir. Tayfanın varlı üzvlərindən birinin dəfn olunduğu ehtimal edilən qəbirdən muncuqlar, 13 müxtəlif saxsı qab aşkar olunmuşdur. Amma arxeologiya elmi üçün əhəmiyyətli tapıntı tunc qazan və dəstəyi tuncdan, tiyəsi dəmirdən olan xəncərdir. Xocalı-Gədəbəy mədəniyyətinin 2-ci inkişaf mərhələsinə aid bu tapıntılar qazıntı aparılan ərazidə eramızdan əvvəl XIV-XIII əsrlərdə, yəni son tunc və ilk dəmir dövründə yaşayış olduğunu, sənətkarlığın formalaşdığını təsdiqləyir. Ən maraqlısı isə "Palıdlı" nekropolunda tapılan arxeoloji materialların 1896-cı ildə rus arxeoloqu İvanovskinin Ağdərə rayonundakı Gülyataq-Canyataq abidələrində aşkar etdiyi materiallarla oxşar olmasıdır.
Heç bir yerüstü əlamətə malik olmayan torpaq qəbirlərdən ibarət nekropol Qarabağda ilk dəfə aşkar edilir. Bundan əvvəlki axtarışlar zamanı daş qutu qəbirlər, sərdabələr, kurqanlar aşkar edilib öyrənilir.
Professor Hidayət Cəfərovun sözlərinə görə, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə, antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılıb. Bütün bu abidələrin ermənilərə deyil, məhz Azərbaycan xalqına məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur.
 "Palıdlı" nekropolu ilə yanaşı digər ərazilərdə də qazıntılar davam etdiriləcək. Aparılan tədqiqatlar Qarabağın zəngin tarixinə yeni töhfələr verəcək.

Digər xəbərlər