PDF Oxu

Sosial

  • 11

Milli Məclisdə məişət zorakılığına qarşı mübarizəyə dair yeni qanun layihəsi hazırlanır

Milli Məclisdə məişət zorakılığına qarşı mübarizəyə dair yeni qanun layihəsi hazırlanır
Milli Məclisdən bildiriblər ki, Azərbaycan hökuməti və parlamenti dünyada və Avropada məişət zorakılığına, insan hüquqlarının digər üsullarla pozulmasına qarşı mübarizə çağırışına qoşulduqdan sonra bu sahədə mühüm addımlar atılıb. Bunlardan biri də qanunvericilik bazasının yaradılması və möhkəmləndirilməsidir. Milli Məclisin sosial siyasət komitəsi müvafiq dövlət qurumları ilə birlikdə insan hüquq və azadlıqlarının qorunması, zorakılığın qarşısının alınması, insanların əmək hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif qanunlar və normativ hüquqi sənədlər hazırlayıb. Milli Məclisdə məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş dinləmələr keçirilib. Bu dinləmələrdə beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Hazırda isə məişət zorakılığına qarşı mübarizə ilə əlaqədar qanun layihəsi üzərində işlər davam edir. Layihə ilə əlaqədar beynəlxalq təşkilatlardan və yerli ictimaiyyət nümayəndələrindən rəy və təkliflər alınıb. Layihənin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı planlaşdırılır.

Digər xəbərlər