PDF Oxu

Sosial

  • 5

Ay ərzində 41 sərhəd pozucusu saxlanılıb

Ay ərzində 41 sərhəd pozucusu saxlanılıb
Dövlət sərhədinin mühafizəsi istiqamətlərində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu ilin iyul ayı ərzində Azərbaycan Respublikasının dövlət sərhədini pozduqları üçün 27 halda 41 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 19 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Gürcüstan, 4 nəfəri Rusiya Federasiyası, 3 nəfəri Çin, hər ölkədən iki nəfər olmaqla Türkiyə Respublikası və İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Əfqanıstan, Ukrayna vətəndaşlarıdır.
Sərhəd rejim qaydalarını pozduğu üçün 288 halda 443 nəfər, vizası olmadığı üçün 91 halda 121 nəfər, vizalarının müddəti qurtardığı üçün 53 halda 60 nəfər, müvafiq sənədləri olmadığına görə 32 halda 52 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür,
Axtarışda olan 121 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 11 halda 23 kiloqram 58,5 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycan Respublikasına məxsus 1 gəmi və 1 qayıq, Rusiya Federasiyasına məxsus 1 gəmi saxlanılaraq baxış keçirilmişdir,
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 43 halda ümumi dəyəri təqribən 277 min 935 manat olan qaçaqmal, o cümlədən, 1 ədəd AK markalı silah, 1 ədəd AKMS markalı silah səsboğucu ilə, 1 ədəd PM markalı tapança, AK silahı üçün bir ədəd gecə nişangahı, 5 ədəd əl qumbarası, 2 ədəd RQD-5 qumbarası, 1 ədəd F-l qumbarası, PM markalı silah üçün 9 ədəd güllə, 149 ədəd 5,45 mm-lik güllə, 10 ədəd 7,62 mm-lik güllə, AK markah silahı üçün 5 ədəd daraq, AKMS markalı silah tiçün 1 ədəd daraq, PM markalı tapança üçün 3 ədəd daraq, AK markalı silah üçün 1 ədəd səsboğucu, bir ədəd tapança qoburu, bir adəd generator, 8 ədəd yataq kisəsi, 8 ədəd yol-bel çantası, 1 ədəd kompaA, 1 ədəd noutbuk, 45 ədəd mətbəx və məişət avadanlığı, 45 ədəd mobil telefon, 2 ədəd qaz tapançası, 3789 qutu siqaret, 2939 ədəd müxtəlif dərman preparatı, xeyli miqdarda ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Digər xəbərlər