PDF Oxu

Sosial

  • 8

“Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri” mövzusunda elmi konfrans keçirilib

“Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri” mövzusunda elmi konfrans keçirilib
Universitetində "Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri" mövzusunda elmi konfrans keçirilib. NDU haqqında film nümayiş etdiriləndən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev "Regionlarda elmi kadrların hazırlanmasının əsas nəticələri və problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfransın Naxçıvan Dövlət Universitetində keçirilməsinin təsadüfi olmadığını söyləyən A.Mehdiyev 1967-ci ildə təməli qoyulmuş bu təhsil ocağının illər keçdikcə daha da genişləndiyini, cəmi 3 ixtisas üzrə 105 tələbə və 3 müəllimlə fəaliyyətə başlayan ali məktəbdə hazırda 10 fakültədə 4500 tələbənin 42 ixtisasa yiyələndiyini, universitetin geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirib. "AMEA Naxçıvan bölməsinin fəaliyyətə başlaması elmi kadrlara tələbatı artırmışdır. Bunu nəzərə alaraq, Ali Attestasiya Komissiyası tərəfindən NDU-da və AMEA Naxçıvan bölməsində Müdafiə Şurası yaradılmışdır. Son iki ildə Naxçıvanda 60 nəfər doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir". Konfransda "Naxçıvan Muxtar Respublikasında elmi kadrlara olan tələbat: yekunlar və vəzifələr" mövzusunda məruzə ilə çıxış edən NDU-nun rektoru akademik İsa Həbibbəyli vurğulamışdır ki, son illərdə muxtar respublikada elmin, təhsilin inkişafı bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. AMEA Naxçıvan bölməsi, muxtar respublikadakı dövlət və özəl universitetlər, Naxçıvan Müəllimlər İnstitutunun diyarın əsas elmi təhsil müəssisələri olduğunu söyləyən İ.Həbibbəyli buna görə də dövlətimizin onların maddi-texniki bazası ilə yanaşı, elmi potensialına da böyük önəm verdiyini bildirib.
Konfransda AMEA Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev yeni elmi nəslin hazırlanmasında akademik qurumlarla ali məktəblərin qarşılıqlı əlaqələrinin imkanlarından danışıb.
Sonra Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev NDU-nun müəllimlərinə namizədlik və doktorluq diplomlarını təqdim etmişdir.
Sonda NDU və AMEA Naxçıvan bölməsi əməkdaşlarının elmi işlərini əks etdirən sərgi nümayiş etdirilmişdir.

Digər xəbərlər